"iPhone 12"-lərin satışa çıxarılacağı tarix AÇIQLANDI

Maraqlı
14:55 / 14.08.2020
2215
Yeni "iPhone 12” smartfonlarının təqdimatı oktyabrın 12-də baş tutacaq.
Sfera.az xəbər verir ki, bunu insayder kimi tanınan bloqer Con Prosser bildirib.
O, bildirib ki, yeni smartfonlar oktyabrın 19-dan satışa çıxarılacaq.
Qeyd edilib ki, "iPhone 12 Pro” smartfonlarıın təqdimatı noyabradək ləngiyə bilər.
Sentyabrın 7-də isə şirkət yeni "Apple Watch” və "iPad”i təqdim edəcək.