Ülvi Quliyev: “Türkiyə prezidentinin qəbul formatına aydınlıq gətirildi”

Ülvi Quliyev: “Türkiyə prezidentinin qəbul formatına aydınlıq gətirildi”
 

Avqustun 11-də Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovu və Müdafiə naziri Zakir Həsənovu eyni vaxtda qəbul etdi. Görüşdə çəkilən foto cəmiyyətimizin xüsusi marağına və təqdirinə  səbəb oldu.

Həmin fotonun ictimailəşməsi ilə işğalçı Ermənistana, Ermənistan-Azərbaycan münaqişəsində maraqlı olan tərəflərə iki variant arasında seçim etmək təklif edildi. Ya Ermənistan işğal etdiyi torpaqlarımızı  danışıqlar yolu ilə Azərbaycana  qaytarmalı  və bununla sivil qaydalara əməl etməlidir. Bu, baş verməzsə, Azərbaycanın  BMT TŞ-nin və Baş Assambleyasının məlum qətnamələrinin, beynəlxalq qanunvericiliyin ona tanıdığı ərazilərini  işğaldan hərb yolu ilə azad  etmək hüququndan istifadə edə biləcəyi açıq şəkildə lazımi məqamların diqqətinə çatdırıldı.

Fotoya diqqət yetirmisinizsə, Xarici İşlər nazirimiz Türkiyə Prezidentinin  sağ tərəfində dayanmışdı. Məlumdur ki,solaxayları çıxmaq şərtilə, dünyadakı böyük əksəriyyət  gündəlik həyatda daha çox sağ əldən istifadə edir, üstünlüyü sağ tərəfə verir. Dolayısı ilə işğalçıya işarə edilirdi ki,münaqişənin həllində üstünlük hələ də danışıqlara verilir, onun bu şansı tam tükənməyib.

Müdafiə nazirimizin Türkiyə Prezidentinin sol, qəlbə daha yaxın tərəfində yer almasına və ümumiyyətlə, solaxaylığa gəldikdə, bu variantın gündəmə gəlməsinə və xüsusi olaraq aktuallaşmasına aydınlığı Azərbaycan Prezidenti cənab İlham Əliyev gətirdi.

AZƏRTAC-ın avqustun 13-də rəsmi xronikasında yaydığı Prezidentin Mətbuat Xidmətinin məlumatından görünür ki, Ermənistanın iyulun 12-də Tovuz rayonu istiqamətində törətdiyi təxribatından düz bir ay sonra - avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.

Məlumatda bildirildiyi kimi, "Prezident  İlham Əliyev Ermənistanın bu hərbi hücumunun əsas məqsədinin üçüncü tərəfləri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək olduğunu qeyd edib.

Dövlətimizin başçısı Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra - iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya Prezidentinin diqqətinə çatdırıb”.

Tarixi foto məqsədli şəkildə ictimailəşdirildikdən dərhal sonra Prezident cənab İlham Əliyevin etdiyi bu telefon zəngi və açıqlanan rəsmi məlumat  bir daha  onu təsdiq edir ki, Ermənistanın işğalçı və təcavüzkar siyasətini illər boyu davam etdirə bilməsi səbəbsiz deyil.

Münaqişənin həlli düşünüldüyündən də artıq maneə və çətinliklərlə bağlı olsa da, Prezident cənab İlham Əliyevin torpaqlarımızın işğaldan azad  edilməsi siyasətində iradə və qətiyyəti sarsılmaz və birmənalıdır.

Maneələrdə nələrin  və kimlərin təmsil olunmasından asılı olmayaraq, Azərbaycan Prezidenti öz xalqının iradəsini ifadə edir və onun hakimiyyətinin mənbəyi Azərbaycan xalqıdır. Bu siyasi iradə və mənəvi gücün nümayişində Azərbaycan dövləti artıq tək deyil.

Telefon zəngi Prezident cənab İlham Əliyevin bir müddət əvvəl Ermənistana xitabən dediyi fikirlərin təsadüfi olmadığını bir daha təsdiq edir:

"Gəl, bizimlə təkbətək vuruş, təkbətək, baxaq, görək bunun axırı necə olacaq...”



OXŞAR XƏBƏRLƏR

Bir şəkildəki 3 dostun acı taleyi: Hamısının ölümü eyni faciə ilə oldu

2025-ci ilin, aprelin 28-də Bakının Xəzər rayonu, Binə qəsəbəsində "AzSamand" markalı avtomobil idarəetməni itirərək idman zalına çırpılıb. Nətic...

Vergi ödəyicilərinin əmlakları hərraca çıxarılır

Bir sıra vergi ödəyicilərinin daşınar və daşınmaz əmlakları hərracda satışa çıxarılacaq.   Əmlak Məsələləri Dövlət Xidmətindən Sfera.az-a verilən məl...

Qiyməti əl yandıran göycə nə vaxt ucuzlaşacaq?

Göycə Naxçıvanda ən sevilən meyvələrdən biridir.   Adını yetişməmiş dərildiyinə görə alan meyvənin qiyməti satışa yeni təqdim edildiyi üçün hazırda ə...

53 şagird qidadan zəhərləndi - Türkiyədə

Türkiyədə 53 şagird qidadan zəhərlənib.   Sfera.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Diyarbəkir şəhərinin Kayapınar rayonundakı Gül...

Dəmrov olan hissəyə molla duası….- Biabırçılıq+VİDEO

Azərbaycanda uşağın dəmrov xəstəliyini sağaltmaq üçün mollaya dua yazdırıblar.   Sfera.az  xəbər verir ki, bununla bağlı görüntüləri həkim-pedia...

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Sabunçu rayonunda görüləcək təmir işləri ilə əlaqədar sabah saat 09:30-dan etibarən qaz təchizatı dayandırılacaq.   Bu barədə Sfera.az-a "Azəriq...