Əli Əsədovdan təhsillə bağlı yeni QƏRAR

Əli Əsədovdan təhsillə bağlı yeni QƏRAR
 Nazirlər Kabineti "Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın, "Rezidenturada həkimmütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı”nın və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədənb düşmüş bəzi qərarlarının Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli Qərarında dəyişiklik edilib.

Sfera.az xəbər verir ki, müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda aşağıdakı dəyişikliklər edilib:

1. "1. Təhsil ixtisasları qrupu” bölməsinin "060119 Pedaqogika” ixtisasına "- Təhsildə qiymətləndirmə və monitorinq” sətrindən sonra "- Təlim və tədrisin təşkili və metodikası” sətri əlavə edilsin.

2. "2. Humanitar və sosial ixtisaslar qrupu” bölməsinin "060212 Hüquqşünaslıq” ixtisasına "- Turizm hüququ” sətrindən sonra "- Beynəlxalq iqtisadi hüquq” sətri əlavə edilsin.

3. "3. Mədəniyyət və incəsənət ixtisasları qrupu” bölməsinin "060308 Xoreoqrafiya sənəti” ixtisasına "- Rəqs sənəti üzrə müəllimtədqiqatçı” sətrindən sonra "- Xoreoqrafiya sənəti (sahələr üzrə)” sətri əlavə edilsin.

4. "5. Təbiət ixtisasları qrupu” bölməsinin "060509 Kompüter elmləri” ixtisasına "- Rəqəmsal hökumət” sətrindən sonra "- Verilənlərin təhlili (Data analitikası)” və "- Mobil tətbiqlərin hazırlanması və oyun dizaynı” sətirləri əlavə edilsin.

5. "6. Texniki və texnoloji ixtisaslar qrupu” bölməsinin "060623 Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi” ixtisasına "- Şəhər nəqliyyat şəbəkəsi və nəqliyyat xidmətinin təşkili” sətrindən sonra "- Nəqliyyat xidmətləri üçün böhran və risklərin idarə edilməsi” sətri əlavə edilsin.

OXŞAR XƏBƏRLƏR

Əkrəm İmamoğluna görə daha 18 nəfər həbs edildi

İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan “korrupsiya” və “rüşvətxorluq” istintaqı çərçivəsində daha 18 nəfər həbs edilib.&...

Tramp:"Çin 145% gömrük rüsumu tətbiq edəcək"

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Çin Vaşinqtona 145%-lik gömrük rüsumları tətbiq etməyə layiqdir.    Sfera.az xəbər verir ki, o, bu fi...

Saatlıq iş rejiminə keçid maaşlara təsir edəcək? - VİDEO

Növbəti illərdə Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid gözlənilir. Bununla bağlı Əmək Məcəlləsində dəyşiklik üçün təkliflər hazırlanıb.   Sfe...

İstanbul birjasında manipulyasiya etdilər - 15 nəfər həbs olundu

İstanbul Baş Prokurorluğu İstanbul Birjasında aparılan ticarət əməliyyatlarında manipulyasiya iddiaları ilə bağlı genişmiqyaslı araşdırmalara başlayıb. Sfe...

İlham Əliyev İsrail Prezidenti İsxak Hersoqu təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev İsrail Prezidenti İsxak Hersoqa təbrik məktubu göndərib.   Sfera.az xəbər verir ki, məktubda deyilir: &nbs...

Demokratlar Trampın sonunu gətirəcəkmi? - ABŞ konqresində impiçment təşəbbüsü

2025-ci ilin aprel ayında ABŞ-də Prezident Donald Trampın impiçment olunması məsələsi üçüncü dəfə gündəmə gəlib. Demokrat Partiyasının bəzi üzvləri, başda Miçiq...