“Riçard Hoqland bunu niyə indi deyir?” - Diplomatın Qarabağ açıqlamasına etiraz

“Riçard Hoqland bunu niyə indi deyir?” - Diplomatın Qarabağ açıqlamasına etiraz

"Dağlıq Qarabağ BMT-nin protektoratlığı altına keçməməlidir”.


Bu sözləri Sfera.az-a açıqlamasında ATƏT-in Minsk qrupunun ABŞ-dan olan sabiq həmsədri Riçard Hoqlandın Minsk Qrupunun işin öhdəsindən gələ bilməməsi, BMT-nin Qarabağ məsələsində daha fəal mövqe tutmalı olduğu və yeganə yolun Dağlıq Qarabağı qeyri-müəyyən müddətə təşkilatın protektoratlığı altına keçməsinin vacibliyi barədə fikirlərinə münasibət bildirərkən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib:

 

"İlk növbədə ondan başlayaq ki, Riçard Hoqland ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olub. Belə bir fikri var idisə, gərək işlədiyi dövrdə onu dilə gətirərdi. İndi deyir ki, bu məsələdə Minsk Qrupu əlacsızdır. Daha əvvəlki dövrlərdə bu barədə niyə susurdu?

 

Bu o demək deyil ki, problemin həllində BMT-nin fəal olmasnı istəyərkən deməliyik ki, Dağlıq Qarabağ həmin qurumun proktektoratlığı altına düşsün. Qətiyyən.BMT-də təmsil olunanların hərəsinin öz marağı var. Belə olan halda, BMT bölgəni necə idarə edəcək? Bu həll yolu heç də dorğu yol deyil. Azərbaycanın da əsas tələbi odur ki, indiki format münaqişənin həlli prosesində acizdir, format dəyişdirilməlidir. Minsk Qrupunun 11 üzvü yenidən toplanmalıdır. Tələbimiz bundan ibarətdir”.

 

E. Şahinoğlu bildirdi ki, əslində Hoqlandın öz əlacsızlığını etiraf etməsi Azərbaycan tərəfinin haqlı olduğunun göstəricisidir. Həmsöhbətimiz onu da qeyd etdi ki, BMT münaqişənin həllində daha fəal mövqe tuta bilər, amma istəyi yoxdur:

 

"Hər dəfə bu məsələ qaldırılanda BMT-dən deyirlər ki, bu işlə ATƏT məşğul olur. Halbuki BMT-nin özünün problemlə bağlı 4 qətnaməsi var. BMT-nin özünün də necə struktur olduğunu yaxşı bilirik. Belə baxanda, onun hansı qətnamələri işləyib ki. İndiki vəziyyətdə nə BMT, nə də ATƏT problemi həll edə bilməyəcək. Azərbaycan özü məsələnin həllinə çalışmalıdır. Türkiyə də ölkəmizə dəstək verməyə hazırdır. BMT və ATƏT-ə ümid etmədən öz məsələmizi özümüzün həll etməsi şəraiti yetişib”.

 

Elçin


OXŞAR XƏBƏRLƏR

Rusiya Odesaya PUA-larla hücum etdi: 2 nəfər öldü

Rusiyanın Ukraynanın Odesa şəhərinə gecə saatlarında pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirdiyi hücum nəticəsində 2 nəfər həlak ölüb, 15 nəfər yaralanı...

Bakıda 30 minlik DƏLƏDUZLUQ

Bakının Binəqədi rayonu ərazisində dələduzluq hadisəsi qeydə alınıb.   Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən xəbərə görə, əmlakın sənədləş...

Daha bir həkim qalmaqalı: “14 min manat verdim, geyimsiz fotomu paylaşdı” - VİDEO

Sosial şəbəkələrdə "İlanlı qız" ləqəbi ilə tanınan müğənni Günəş estetik cərrah Əmiraslan Əmiraslanovla bağlı qalmaqallı paylaşım edib.   S...

Milli Məclisin növbəti iclasının vaxtı açıqlandı

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasının vaxtı açıqlanıb.   Sfera.az xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova məlumat verib. ...

Təbriz-Bakı-Təbriz aviareysi bərpa EDİLƏCƏK?

Azərbaycan və İran arasında Təbrizdən Bakıya və əks istiqamətdə birbaşa aviareysin bərpası imkanları nəzərdən keçirilir.   Sfera.az İran KİV-inə...

"Ölkədən çıxışa qadağa zamanı bunlar nəzərə alınsın"- Elçin Mirzəbəyli

Borclu fiziki və ya hüquqi şəxsin ölkədən getməsinin müvəqqəti məhdudlaşdırılması qanunun tətbiqi baxımından dəqiq əsaslar və prosedurlar tələb edir.   ...