Kontakt Home koronavirusla bağlı işçilərinə maddi yardım ayırdı

Kontakt Home koronavirusla bağlı işçilərinə maddi yardım ayırdı
 

Kontakt Home ölkədə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar əməkdaşlarına şirkət hesabına birdəfəlik maddi yardım ayırıb.

Pandemiya şəraitində kontakt.az– onlayn mağazası vasitəsilə müştərilərinə xidmət göstərən Kontakt Home, mövcud şəraitlə əlaqədar əməkdaşlarının yalnız bir qisminin xidmətindən yararlana bilir.

Belə olan halda, əməkdaşlara dəstək məqsədilə şirkət rəhbərliyi iyul ayı ərzində işləməyən və ya qismən işləyən əməkdaşlarına işləmədikləri günlərin sayından asılı olaraq 200 manatadək birdəfəlik maddi yardım ayırıb.

Eyni zamanda, şirkət onlara əmək haqqlarının maddi yardımdan əlavə hissəsini avans şəklində almaq imkanını da verib. Bundan əlavə, Kontakt Home mağazalar şəbəkəsindən hissəli alışla məhsul əldə etmiş və pandemiya ilə əlaqədar ödəniş etməkdə çətinlik çəkən əməkdaşlara ödənişlər üçün karantin müddətinin sonunadək möhlət də verilib.

Qeyd edək ki, cəmiyyətimiz qarşısındakı sosial öhdəliyini hər zaman dərk edən, onun ictimai-sosial rifahının yüksəldilməsi istiqamətində mütəmadi tədbirlər həyata keçirən Kontakt Home pandemiyanın ölkəmizə daxil olduğu ilk gündən koronavirus və onun mənfi iqtisadi təsirləri ilə aktiv mübarizə tədbirləri həyata keçirir.

 

 


OXŞAR XƏBƏRLƏR

"Ölkədən çıxışa qadağa zamanı bunlar nəzərə alınsın"- Elçin Mirzəbəyli

Borclu fiziki və ya hüquqi şəxsin ölkədən getməsinin müvəqqəti məhdudlaşdırılması qanunun tətbiqi baxımından dəqiq əsaslar və prosedurlar tələb edir.   ...

Yeni rüsumlar qüvvəyə MİNİR – 15 manat TƏLƏB OLUNACAQ

Mülki aviasiya sahəsində xidmətlərə və ya hüquqi hərəkətlərə görə tutulan dövlət rüsumlarının siyahısı genişləndirilir.   Sfera.az  xəbər v...

Kredit borcu olanlara qadağa qoyulur? - Parlamentdə MÜZAKİRƏ

"Mərkəzi Bankın məlumatına görə, iqtisadi fəal əhali üzrə, adambaşına 13.8 min manat bank borcu var.  Əgər 5 il öncə əhalinin borc yükünün sərəncamda ...

"Kredit borcu olanların sayı artıb"- Vüqar Bayramov

"Bir sıra ölkələrin qanunvericiliyində olduğu kimi fiziki şəxslər üzrə ölkədən çıxış hüququnun məhdudlaşdırılması zamanı kredit borcu üzrə limitlər tətbiq ...

Doğuş Əməkdar artist üçün göz yaşı tökdü - VİDEO

Türkiəli müğənni Doğuş efirdə kövrək anlar yaşayıb.   Sfera.az xəbər verir ki, sənətçi dörd il vəfat edən Əməkdar artisti yad edib. &nbs...

"Prokurorluğun qarşısında duran əsas vəzifələr bunlardır"

"Siyasi iradədən qaynaqlanan hazırda davam etdirilən islahatlar bu yeni dövrdə, xüsusən də “Konstitusiya və Suverenlik ili” çərçivəsində Azərba...