Tramp “TikTok”a vaxt qoydu - Yoxsa bağlanacaq

Dünya
20:45 / 04.08.2020
4231
Donald Tramp sentyabrın 15-nə qədər "TikTok” tətbiqini satmağı tələb edib.
Sfera.az xəbər verir ki, ABŞ prezidenti bu fikrini Ağ Evdə jurnalistlərlə keçirdiyi görüşdə dilə gətirib.
O qeyd edib ki, "Microsoft” və ya başqa iri şirkət "TikTok”u almazsa, məşhur sosial şəbəkə sentyabrın 15-də ABŞ istifadəçiləri üçün bağlanacaq.
Qeyd edək ki, ABŞ hakimiyyəti "TikTok” sosial şəbəkəsinin ölkə ərazisində bloklanması məsələsini nəzərdən keçirir. (oxu.az)