Samir Şərifov Milli Məclisdə - Azalmalar gözlənilir...

Samir Şərifov Milli Məclisdə - Azalmalar gözlənilir...

"Koronavirus pandemiyasının yayılması qlobal iqtisadiyyatda neqativ meyllərinin artmasına gətirib çıxarıb”.


Sfera.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı komitə Maliyyə naziri Samir Şərifov deyib.


O bildirib ki, Beynəlxalq Valyuta Fondu bir sıra sahələrdə proqnozlarını yeniləyib:

 

"O cümlədən bizim üçün maraqlı olan neft və neft məhsullarının qiyməti ilə bağlı proqnozlarını da. Dünyada baş verən proseslər, koronavirusun pandemiya səviyyəsinə qalxması, bütün qlobal iqtisadiyyata mənfi təsiri ölkəmizin tədiyyə balansının pisləşməsinə səbəb olub. Bu il tətbiq olunan karantin rejimləri ölkədə işgüzarlığın zəifləməsi ilə nəticələnib.

 

Məntiqi olaraq, cari ilin ilk 6 ayında dövlət büdcəsinin icra göstəriciləri həm gəlir, həm də xərclər olaraq yerinə yetirilib. Proqnozlaşdırılandan da yaxşı səviyyədə. Lakin qeyd olunmalıdır ki, 1-ci yarımildə dövlət büdcəsinin icrası müsbət olsa da, makroiqtisadi göstəricilər ikinci yarımildə maliyyə probleminin yaranacağını proqnozlaşdırmağa imkan verir. İqtisadiyyatın əksər sektorunda azalmalar müşahidə olunmaqdadır.

 

Buna görə də İqtisadiyyat Nazirliyi yeni şəraitdə proqnozlarına yenidən baxıb. Neftin qiymətinə də yenidən baxılır. 55 dollar götürülən neft qiymətinin 35 dollar olması proqnozlaşdırılır. 6 ayın nəticəsinə görə gəlirlər üzrə artıq daxilolmalar var. Həmin daxilolmalar da nəzərə alınmaqla cari ildə büdcəyə daxilolmalarda azalmalar gözlənilir”.


OXŞAR XƏBƏRLƏR

"Ölkədən çıxışa qadağa zamanı bunlar nəzərə alınsın"- Elçin Mirzəbəyli

Borclu fiziki və ya hüquqi şəxsin ölkədən getməsinin müvəqqəti məhdudlaşdırılması qanunun tətbiqi baxımından dəqiq əsaslar və prosedurlar tələb edir.   ...

Yeni rüsumlar qüvvəyə MİNİR – 15 manat TƏLƏB OLUNACAQ

Mülki aviasiya sahəsində xidmətlərə və ya hüquqi hərəkətlərə görə tutulan dövlət rüsumlarının siyahısı genişləndirilir.   Sfera.az  xəbər v...

Kredit borcu olanlara qadağa qoyulur? - Parlamentdə MÜZAKİRƏ

"Mərkəzi Bankın məlumatına görə, iqtisadi fəal əhali üzrə, adambaşına 13.8 min manat bank borcu var.  Əgər 5 il öncə əhalinin borc yükünün sərəncamda ...

"Kredit borcu olanların sayı artıb"- Vüqar Bayramov

"Bir sıra ölkələrin qanunvericiliyində olduğu kimi fiziki şəxslər üzrə ölkədən çıxış hüququnun məhdudlaşdırılması zamanı kredit borcu üzrə limitlər tətbiq ...

Doğuş Əməkdar artist üçün göz yaşı tökdü - VİDEO

Türkiəli müğənni Doğuş efirdə kövrək anlar yaşayıb.   Sfera.az xəbər verir ki, sənətçi dörd il vəfat edən Əməkdar artisti yad edib. &nbs...

"Prokurorluğun qarşısında duran əsas vəzifələr bunlardır"

"Siyasi iradədən qaynaqlanan hazırda davam etdirilən islahatlar bu yeni dövrdə, xüsusən də “Konstitusiya və Suverenlik ili” çərçivəsində Azərba...