13 yaşlı Azərbaycanlı Cenevrədən dünyaya səsləndi - VİDEO

13 yaşlı Azərbaycanlı Cenevrədən dünyaya səsləndi - VİDEO

İsveçrənin Cenevrə şəhərində yaşayan 13 yaşlı azərbaycanlı yeniyetmə İlkin Səfərli Ermənistan və Azərbaycan arasında baş verən son hadisələrlə bağlı ingilis dilində video hazırlayıb, ermənilərin xaricdə yaşayan azərbaycanlılara qarşı törətdikləri zorakılıq və vəhşiliklərini əsaslı şəkildə ictimailəşdirib.


Sfera.az xeber verir ki, o, öz videomaterialında həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixindən, erməni işğalının nəticələrindən və Xocalı soyqırımından danışaraq, Azərbaycanın sülh tərəfdarı olduğunu bildirib və dünya ictimaiyyətini Ermənistanın davam edən işğalını dayandırmağa səsləyib.

 

 

Kiçik yaşı olmasina baxmayaraq hazırladığı 12 dəqiqəlik bu videomaterialda İlkin Azərbaycan həqiqətlərini Avropa dinleyicilerinin daha rahat şəkildə qəbul edəcəyi formada catdıra bilmişdir. Elə bu yanaşma səbəbdən hazırda videomaterial Avropa və digər ölkələrdəki yeniyetmə ve genclər arasında muxtəlif sosial media platformalarında sürətlə yayılmaqdadır. Ilkin yaxın gelecekde eyni vidiomaterialın Fransiz dilinde olan versiyası hazırlamaği planlaşdırır.


 

Qeyd edilməlidir ki, İlkin İsveçrədə yaşamasına baxmayaraq, vətəni Azərbaycanı çox sevir və hər zaman Azərbaycan həqiqətlərini yaymağa çalışır. O, həmçinin iki həftə öncə BMT-nin Cenevrədəki Ofisi qarşısında İsveçrədə yaşayan soydaşlarımızın keçirdiyi aksiyada çıxış edərək erməni işğalına etiraz edib. Aksiya zamanı o, dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara səslənərək, münaqişədə Ermənistanın işğalçı tərəf olduğunu vurğulayıb və 30 ildən bəri işğal altında olan Azərbaycan torpaqlarından geri çəkilməsini tələb edib.


 

İlkin hal-hazırda Genevrə beynəlxalq məktəbində 7-ci sinifdə təhsil alır və bir müddətdir ki, YouTube-da açdığı kanalda yeniyetmələr üçün müxtəlif mövzularda ingilis və fransız dillərində maarifləndirici videolar hazırlayıb paylaşır.


 

İlkin kimi azərbaycanlı yeniyetmə və gənclərimizin istər doğma vətəndə, istərsə də xaricdə yaşamasından asılı olmayaraq, vətənpərvər ruhda böyüməsi çox sevindirici haldır. Bu kimi təşəbbuslər Azərbaycan həqiqətlərini ortastatistik Avropa insanina catdirilmasinda böyük töhvə vermiş olur.



OXŞAR XƏBƏRLƏR

"Ölkədən çıxışa qadağa zamanı bunlar nəzərə alınsın"- Elçin Mirzəbəyli

Borclu fiziki və ya hüquqi şəxsin ölkədən getməsinin müvəqqəti məhdudlaşdırılması qanunun tətbiqi baxımından dəqiq əsaslar və prosedurlar tələb edir.   ...

Yeni rüsumlar qüvvəyə MİNİR – 15 manat TƏLƏB OLUNACAQ

Mülki aviasiya sahəsində xidmətlərə və ya hüquqi hərəkətlərə görə tutulan dövlət rüsumlarının siyahısı genişləndirilir.   Sfera.az  xəbər v...

Kredit borcu olanlara qadağa qoyulur? - Parlamentdə MÜZAKİRƏ

"Mərkəzi Bankın məlumatına görə, iqtisadi fəal əhali üzrə, adambaşına 13.8 min manat bank borcu var.  Əgər 5 il öncə əhalinin borc yükünün sərəncamda ...

"Kredit borcu olanların sayı artıb"- Vüqar Bayramov

"Bir sıra ölkələrin qanunvericiliyində olduğu kimi fiziki şəxslər üzrə ölkədən çıxış hüququnun məhdudlaşdırılması zamanı kredit borcu üzrə limitlər tətbiq ...

Doğuş Əməkdar artist üçün göz yaşı tökdü - VİDEO

Türkiəli müğənni Doğuş efirdə kövrək anlar yaşayıb.   Sfera.az xəbər verir ki, sənətçi dörd il vəfat edən Əməkdar artisti yad edib. &nbs...

"Prokurorluğun qarşısında duran əsas vəzifələr bunlardır"

"Siyasi iradədən qaynaqlanan hazırda davam etdirilən islahatlar bu yeni dövrdə, xüsusən də “Konstitusiya və Suverenlik ili” çərçivəsində Azərba...