Ramiz Mehdiyevin bankı zərərdən qurtula bilmir

Ramiz Mehdiyevin bankı zərərdən qurtula bilmir
 "Bank BTB" 2020-ci ilin birinci yarısının 107 min manat məbləğində zərərlə başa vurub. Əvvəlki illərin xalis zərərini (5.8 milyon manat) nəzərə alsaq, bank 5.9 milyon manat ziyandadır.
 
Sfera.az xəbər verir ki, pravda.az-ın əldə etdiyi məlumata görə, 30 iyun 2020-ci il tarixinə bankın aktivləri 360.2 milyon manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 91.4 milyon manat artımdan xəbər verir. Xalis kredit portfeli təxminən 79 milyon manat artaraq 209.9 milyon manata çatıb.

Maliyyə göstəricilərini təhlil edəndə məlum olur ki, 214.4 milyon manat olan ümumi kredit portfelinin 12.4%-i və ya 26.6 milyon manatı təminatsızdır ki, bunun 11.6 milyon manatı biznes, 14.6 milyon manatı istehlak kreditlərinin payına düşür.

Yeri gəlmişkən, bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün 1 milyon manatdan artıq ehtiyat yaratmağa məcbur olub.

Bankın depozit portfeli ilin əvvəlindən 44 milyon manat artaraq 134.4 milyon manata çatıb.

Bankın nizamnamə kapitalı 66.45 milyon manat olaraq qalıb, məcmu kapitalı (requlyativ norma - 50 milyon manat) isə 62.1 milyon manat.

Qeyd: "Bank BTB" ASC-nin səhmdarları barədə açıq mənbələrdən əldə edilən informasiyaya görə, səhmlərin 75 faizi Nigar İsmayıl qızı Mehdiyevaya, 19 faizi isə Rza İsmayıl oğlu Sadiqə məxsusdur. N.Mehdiyeva Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin gəlinidir. 

OXŞAR XƏBƏRLƏR

Məktəblərimizdə Çin dili tədrisi uğurlu olacaq? - AÇIQLAMA

Elm və Təhsil Nazirliyi Azərbaycan məktəblərində Çin dilinin tədrisini təşviq etməyi planlaşdırır. Bu təşəbbüs cəmiyyət və təhsil mütəxəssisləri arasında müxtəl...

“Poz-Qazan”da iyunda 33 böyük uduş qazanılıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya”nın “Poz-Qazan” oyunları iyun ayında rekord sayda bö...

Kapital Bank-ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir

Kapital Bank-ın məhsul yönümlü düşüncə tərzini gücləndirmək və gənc istedadları bu sahəyə cəlb etmək məqsədilə həyata keçirdiyi “PO Growth” inkişaf ...

Yekaterinburqda Bakir Səfərovun məhkəməsi başladı

Yekaterinburqda iyunun 27-də Rusiya hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən azərbaycanlılara qarşı keçirilən əməliyyat nəticəsində saxlanılanlardan b...

Sabahın havası - Yağış, şimşək, dolu...​​​​​​

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlən...

Mask məxfi məlumatlara çıxış əldə etdi - İDDİA

Amerikalı sahibkar və ABŞ Hökumətin Effektivliyi Departamentinin (DOGE) keçmiş rəhbəri İlon Maskın özəl şirkətlərə aid məxfi məlumatlara çıxış əldə etdiyi iddia...