Biləsuvar susuzdur! – Deputat çağırış etdi

Biləsuvar susuzdur! – Deputat çağırış etdi

"Milli Məclisin yaz sessiyasında bu məsələ tərəfimizdən Parlamentin iclaslarında dəfələrlə gündəmə gətirilib, rəsmi olaraq bütün orqanlara məktublar göndərilib, ayrı-ayrı dövlət məmurları ilə ikitərəfli müzakirələr aparılıb. Bu gün bir daha aidiyyatı strukturları məsələnin ciddiliyinin fərqinə varmağı xahiş edirəm”.


Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib. O qeyd edib ki, bu problem yerli orqanların həll edəcəyi məsələ deyil, odur ki, Biləsuvara kömək lazımdır:


"Bəli, digər rayonlarda su problemi var, lakin, Biləsuvarın vəziyyəti tam fərqlidir. Tam məsuliyyətimlə bəyan edirəm ki, Biləsuvarda olan su qıtlığı digər heç bir rayonda yoxdur. Qonşu rayonlardan, suyu azalsa da çaylar keçir. Biləsuvarda isə heç bir təbii su qaynağı yoxdur.


Əgər ölkədə su problemi həll olunacaqsa, inanırıq ki, olunacaq, məsələyə Biləsuvardan başlamaq lazımdır.


Əziz media orqanları, dəyərli dostlar, bu məsələdə hamınızdan səsimizə səs verməyə, problemin həllində dəstəyinizi əsirgəməməyə çağırıram”.


OXŞAR XƏBƏRLƏR

Tramp İrana təşəkkürünü bildirib

ABŞ Prezidenti Donald Tramp İranı Qətərdəki aviabazaya planlaşdırılan hücum barədə vaxtında xəbərdarlıq etdiyinə görə təşəkkür edib.   Sfera.az xəbər...

Rusiyada ayı hücumu: Ölənlər yaralananlar var

Rusiyanın Yujno-Saxalinsk bölgəsində meşəçilər meşə massivində dörd nəfərə hücum edən ayını axtarırlar.   Sfera.az-ın xəbərinə görə, bu barədə ASTV t...

Ərinin qoyduğu qanunlara görə uşaqları ilə birlikdə çayda boğulan kraliça

1960-cı ildə Taylandda yaşayan Kraliça Sunandha 19 yaşında iki uşaq dünyaya gətirərək ana olub.    Sfera.az bu dəfə həyat yoldaşı və onun qoyduğ...

Ərdoğan Niderlanda gedir - NATO zirvəsində iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Niderlanda gedəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminmistrasiyasının İctimai...

Milyonlardan imtina edirlər: Ailənin satmaq istəmədiyi evdə nə gizlənir?

Milyonları rədd edən bir ailənin malikanəsində gözlənilməz tapıntı insanları heyrətə gətirib.   Sfera.az bildirir ki, Sidneyin ətrafında yerləşən Zammi...

Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişdi

Yaxın şərq ölkələrinin hava məkanında tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, 23 iyun 2025-ci il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan hav...