Putin Kadırovu general təyin etdi

Dünya
23:00 / 23.07.2020
2220
Çeçenistan rəhbəri Ramzan Kadırov Vladimir Putinin ona general-mayor hərbi rütbəsi verdiyini bildirib.
Sfera.az xəbər verir ki, Çeçenistan rəhbəri bu barədə Vkontakte səhifəsində yazıb.
"Telefon danışığı zamanı Prezident Putin sərəncamı şəxsən oxudu və məni general mayor-rütbəsi almağım münasibəti ilə təbrik edib, uğurlar arzuladı”, – deyə, Ramzan Kadırov qeyd edib.