Lavrov Qod Nisanovla görüşdü

Lavrov Qod Nisanovla görüşdü
 

Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiyadakı Azərbaycan və Ermənistan icmalarının tanınmış nümayəndələri ilə görüşüb.

APA-nın Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Lavrov "Kiyevskaya ploşad” şirkətinin rəhbəri Qod Nisanov və Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abramyanla görüşüb.

 

Görüşdə Rusiya Federasiyası ərazisində hazırkı qanunvericiliyə müvafiq olaraq millətlərarası sülhün və razılığın dəstəklənməsində Azərbaycan və erməni icmalarının rolu müzakirə olunub.

Rusiya vətəndaşlarının hüquqlarının milli zəmində pozulması hallarının qarşısının alınması və aradan qaldırılması üçün ortaq izahedici və maarifləndirmə işlərinin əhəmiyyəti qeyd edilib.

Bakı və Yerevan arasında münasibətlərin normallaşdırılmasına şərait yaradılması üçün Azərbaycan və Ermənistan icmalarının konstruktiv töhfəsinin zəruriliyi vurğulanıb.


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...