Gürcüstanda koronavirusa yoluxanların sayı artdı

Dünya
12:20 / 23.07.2020
1776
Gürcüstanda daha 12 nəfərdə koronavirus aşkarlanıb, 4 pasiyent sağalıb.
Sfera.az xəbər verir ki, bununla da, qonşu ölkədə COVID-19-a yoluxanların ümumi sayı 1 085, sağalanların sayı isə 911-ə çatıb. Xəstəlikdən vəfat edənlərin sayı isə 16 nəfər təşkil edir.
Hazırda Gürcüstan üzrə karantində 5 724, tibbi nəzarətdə isə 247 nəfər saxlanılır.