Koronavirusa qarşı vaksinin hazırlanacağı vaxt məlum oldu - RƏSMİ

Koronavirusa qarşı vaksinin hazırlanacağı vaxt məlum oldu - RƏSMİ
 Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəladə vəziyyətlər üzrə proqram direktoru Maykl Rayan insanların 2021-ci ilin əvvəlindən tez olmayaraq koronavirusa qarşı vaksini almağa başlayacaqlarını bildirib.

Sfera.az xəbər verir ki, Rayanın sözlərinə görə, COVID-19-a qarşı vaksinin hazırlanmasında irəliləyişə baxmayaraq, onun alınmasının müddəti ilə bağlı realist olmaq lazımdır.

"Real ssenari ilə insanlar vaksini növbəti ilin birinci yarısından tez olmayaraq almağa başlayacaqlar", - Rayan "Twitter”də yayımlanan çıxışının gedişatında deyib.

O, həmçinin qeyd edib ki, ÜST vaksinin hamı üçün əlçatan olmasının təminatı üzərində işləyir.

"Bu pandemiyadan vaksinlər zənginlər, kasıblar üçün deyil, onlar hamı üçündür", - Rayan əlavə edib.

Xatırladaq ki, koronavirus infeksiyası ilk dəfə ötən ilin sonlarında Çinin Uhan şəhərində yayılıb. Dünyada 15 milyondan çox insan bu virusun daşıyıcısı kimi qeydə alınıb. Bununla yanaşı, 622,5 mindən çox insan virusdan ölüb. (report.az)

OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...