"Rayonlara gediş-gəlişə icazə verilməlidir" - MİLLƏT VƏKİLİ

 Millət vəkili Bəhruz Məhərrəmov koronavirusla bağlı redaktor.az-a maraqlı müsahibə verib. O, bir çox məqamlara aydınlıq gətirib.

- Bəhruz bəy, koronavirusla mübarizədə atılan addımları necə qiymətləndirirsiniz?

- Koronavirus  bəşəriyyəti qəfil və hazırlıqsız yaxaladı. Nəzərə alaq ki, bu vəziyyət dünyanın təcrübəsində, ümumiyyətlə, ötən illərdə görünməyən bir haldır. Bütün bunlara baxmayaraq, dövlət həm qanunvericilik baxımdan, həm də tibbi proflaktik baxımdan çevik addımlar atmağa çalışır. Eyni zamanda sosial təminatla bağlı müvafiq paketlər də alqışlanandır.

Əlbəttə, burada müəyyən boşluqlar var idi və həmin boşluqlarla bağlı öz fikrimi parlamentdə də bildirdim.

Bu boşluqlardan biri torpaq sahələri olan vətəndaşların yardımdan kənarda qalması, bəzi texniki prosedurların doğru tənzimlənməməsinə görə müəyyən vətəndaşların yardım ala bilməməsi və s. Ümumiyyətlə, yanaşmalarda bəzi boşluqlar var idi.

Amma dövlətimizin bu cür problemlə ilk dəfə üzləşdiyini nəzərə almalıyıq. Bu baxımdan, ümumilikdə dövlətin mübarizə tədbirlərini yüksək qiymətləndirirəm. Bu gün sağalanların artması, yoluxanların azlaması bunun bariz nümunəsidir.
 
 
- Virusa yoluxmanın qarşısını almaq üçün daha sərt addımların atılmasına ehtiyac varmı?

- Azərbaycan karantin rejiminin yumşaldılamsını və yaxud sərtləşdirilməsini yanlız mövcud abu-havanı, eyni zamanda, bu sahədə bizdən öndə olan dövlətlərin təcrübəsinə əsaslanaraq atır. Son statistika onu göstərir ki, hazırda tətbiq olunan karantin rejimi öz bəhrəsini verir.

Biz bir şeyi qəbul etməliyik ki, sərtləşdirilmiş karantin rejimi dövlət üçün tamamilə maraqsız və əlavə yükdür. Həmçinin, bu, maliyyə sisteminə, iqtisadi sistemə çox öldürücü təsir göstərir. Əlbəttə, Azərbaycanın maliyyə imkanları genişdir və hazırki vəziyyəti bir müddət əldə saxlaya bilər. Lakin vətəndaşlar da, adiyyatı şəxslər də bu məsələdə öz məsuliyyətini dərk etməlidir. Çünki biz karantin rejimini sonsuza qədər sürdürə bilmərik. Bu baxımdan hesab edirəm ki, müvafiq tətbirlərə, hazırki tətbiq olunan rejimə maksimum dərəcədə riayət etməliyik. 

- Bir çox ölkələr artıq yavaş-yavaş karantin rejimindən çıxırlar. Azərbaycanda isə əksinə olaraq qaydalar sərtləşdirilir. Bunun səbəbi nədir?

- Bəli, bəzi dövlətlər artıq karantin rejimini tədricən yumşaltmaqdadır. Lakin bizdə hələ də vəziyyət bir az ciddidir. Əslində mən vətəndaşların nədəsə günahlandırılmasının tərəfdarı deyiləm, amma ortada problem varsa, bu problemdə məsuliyyətin 50 faizi adiyyatı qurumların üzərinə düşürsə, 50 faizi də vətəndaşın üzərinə düşür. Yəni etiraf edək ki, hər iki tərəfdə müəyyən boşluqlar oldu. Bunun nəticəsi olaraq da, hazırda yoluxma sayı artdı.

- Operativ Qərargahın verdiyi qərarlar nə dərəcədə effektlidir?

- Operativ Qərargahın bu günə kimi olan fəaliyyətini uğurlu hesab edirəm. Amma fəaliyyətlərindəki bəzi nüansları qəbul etmək çətindir. Misal üçün, rayonlara gedişə məhdudiyyətlərin olmasını düzgün hesab etmirəm. Hesab edirəm ki, kimin rayonda əmlakı və ya hər hansı bir yaşayacaq yeri varsa, həmin adamların rayona getməsinə icazə verilməlidir. Təbii ki, rayonlara icazə testindən keçib və təyin edilən qaydalara riayət olunması əsasında verilməlidir".

- Sizcə, hazırda tətbiq edilən xüsusi karantin rejimi nəticə vercəkmi?

- Son tətbiq edilən xüsusi karantin rejimi sayəsində uğurlu nəticələr əldə olunur. Bu gün vətəndaşdan ən sadə şeylər tələb olunur – özünü qoru, maska tax, gigiyena qaydalarına, sosial məsafəyə əməl et. Dövlət 2 metr məsafə gözlə deyirsə, vətəndaş 3 metr məsafə saxlamalıdır. Düşünürəm ki, bütün bunlara əməl olunsa, tətbiq olunan karantin rejimi də öz effektini verəcək və vətəndaşlar həm özünü, həm ailəsini, həm də dövləti bu bəladan xilas etmiş olacaq.

OXŞAR XƏBƏRLƏR

Güləşçimiz Avropa çempionu oldu

İtaliyanın Kaorle şəhərində U-20 Avropa çempionatı davam edir.   Sfera.az xəbər verir ki, beşinci yarış günündə qadın güləşi üzrə mübarizəyə yek...

Fərid Şahbazlı:“Xankəndidə keçirilən Zirvə sübut etdi ki…”

“Xankəndidə keçirilən İƏT Zirvə Görüşü Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün beynəlxalq müstəvidə bir daha təsdiqlənməsidir. Bu, həm də region...

Abdulkadir Uraloğlu Xankəndi ziyarəti ilə bağlı paylaşım etdi

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu Xankəndidən paylaşım edib.   Sfera.az xəbər verir ki, bu barədə o, özünün "...

Həkim həyəcan təbili çaldı: Yayda xəstəliklərin əsas səbəbi nədir?

"Pnevmoniya yüksək hərarət, burun axması, boğucu öskürək, nəfəs darlığı simptomları ilə müşahidə edilir. Bəzi hallarda isə valideynlər uşaqda təkcə öskürək...

İlham Əliyev Pezeşkianı Şuşa şəhəri ilə tanış edib - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirilib.   Zirvə görüşündə İran prezidenti Məsud...

Şahbaz Şərifin Azərbaycana səfəri başa çatdı

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycan Respublikasına səfəri iyulun 4-də başa çatıb.   Sfera.az xəbər veri...