Ermənistan problemlər burulğanında

Ermənistan problemlər burulğanında
 

Tarixən gərgin mübarizələrdən çıxmış, qanlar bahasına var olan, qədim dövlətçilik ənənələrinə malik Azərbaycan adlı bir məmləkət əsrlər boyunca gözü doymayan, tamahkar, yaltaq, ikiüzlü xainlərin – ermənilərin açıq-aşkar təcavüzünə məruz qalıb. Nəticə etibarilə keçən əsrin sonlarında torpaqlarımızın 20 %-i işğal olundu. Lakin başqa bir dövlətin tarixi torpaqlarında dövət qurub xoşbəxt yaşamaq xülyaları onilliklər,yüzilliklər boyunca Ermənistana baha başa gəldi. Gəlin baxaq, bu gün Ermənistan dövləti, N.Paşinyan hakimiyyəti öz xalqını hansı duruma düşürüb.

Söhbət siyasi vəziyyətdən gedərsə, burda daha acınacalı məqamlar var. Bütün dünya hər halda bizim gördüklərimizi yaxşı görür. Bəs bu səssizlik nədəndir?!

Son günlərdə N.Paşinyan və müxalifət lideri Qaqik Çarukyanın arasında yaşanan siyasi gərginlik sübut edir ki, Ermənistanın hazırki hakimiyyəti yalançı demokratik çağrışlarla ancaq özünü aldadır. Paşinyanın istefasını tələb edən müxalifət liderinin evinə Təhlükəsizlik Xidməti əməkdaşlarını tökərək axtarışlar aparılmasına hüququ don geyindirən bu başıboş baş nazirin hərəkətləri qarşısında niyə "azadlıq carçısı” kimi hər tərəfə səs salan beynəlxalq təşkilatlar, QHT – lər, bir çox Qərb təşkilatlar susmuş vəziyyətdədir?!

Ermənistanın hazırki hakimiyyəti ilə kilsə arasında olan ciddi fikir ayrılıqları getdikcə gərginləşən vəziyyəti demək olar ki. pik həddə çatdırıb. Guya ki, hazırda kilsə rəhbərliyinin əməkdaşları əvvəlki hakimiyyətin nümayəndələri ilə əlaqəli şəkildə işləyib dövlətə ziyan vurmaq məqsədi güdürlər. Lakin hamıya məlumdur ki, bu , bir tələdir. Kilsə acgöz N.Paşinyan hakimiyyəti üçün əsl” yağlı tikə”dir.

Heç kəsə sirr deyil ki, koronavirus pandemiyası dövründə Azərbaycan hakimiyyəti mühüm addımları atdı, vətəndaşının yanında oldu, onun sağlamlığını dövlətin iqtisadi gəlirlərindən üstün tutdu. Bütün bunların nəticəsidir ki, bu gün pandemiya ilə mübarizədə nümunə gətirilən dövlətlər sırasındayıq. Ermənistan dövləti nə etdi, bu dövrdə?! Şəxsi maraqlarını hər şüydən üstün tutan Paşinyan

hakimiyyətinin uğursuz siyasətinin nəticəsidir ki, hər gün onlarla insan pandemiyada həlak olur. Tibbi köməyə ehtiyacı olan vətəndaşların ehtiyacları qarşılanmır. Səbəb hər kəsə məlumdur: küçə adamı baş nazir postuna qədər yüksəlibsə, demək ki, bu dövlət fəlakətlər yaradıb ziyan verməyə də qadirdir, fəlakətlərə sürüklənib məhv olmağa da məhkumdur!!!

Nəsimi rayon təhsil işçisi Ülviyyə Məmmədova


OXŞAR XƏBƏRLƏR

Rusiya ərazisinə ən böyük PUA hücumuolub

Rusiya hava hücumundan müdafiə sistemləri səhər saatlarında Rusiyanın regionları üzərində 70 pilotsuz uçan aparatı vurub, onların demək olar ki, yarısı Moskva v...

İlon Maskın qızı Trampa görə ABŞ-dan gedir

İlon Maskın qızı Vivian Cenna Uilson Donald Trampın seçkilərdəki qələbəsindən sonra ABŞ-ı tərk etmək niyyətindədir.   "Bir müddətdir ki, bu barə...

Bakıda duman olacaq, bəzi rayonlara yağış, qar yağacaq, dolu düşəcək - PROQNOZ

Noyabrın 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.   B...

Göyçayda ölümlə nəticələnən yol qəzası baş verib

Göyçayda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.   DİN-in Mətbuat Xidmətinin regional qrupundan Sfera.az-a bildirilib ki, noyabrın ...

COP29 Yaşıl Zona biletləri artıq satışdadır

COP29 konfransı çərçivəsində təşkil olunan Yaşıl Zonaya ödənişsiz giriş biletlərini artıq iTicket.az platformasından əldə etmək mümkündür.   Sfera.az...

Azərbaycan həm döyüş meydanında, həm də danışıq masası arxasında istədiyinə nail olub

Azərbaycanın 20 faizdən artıq ərazisini 30 li işğal altında saxlayan Ermənistan bununla kifayətlənməyərək yeni ərazilər işğal etmək niyyətilə demək olar ki, hər...