Korrupsiya ilə mübarizə dövlət siyasətinin prioritet istiqamətlərindəndir
17:20 / 28.05.2020
2429
Müasir dövrdə korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin əsas prioritetlərindən biridir. Azərbaycanda bu bəlaya qarşı mübarizə üçün bütün lazımi qanunvericilik bazası var. Korrupsiyaya qarşı mübarizənin müntəzəmliyinin və onun həyata keçirilməsinə məsul olan qurumların konkret vəzifələrinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı (2004-2006-cı illər)”, "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” və onun həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət Planı təsdiq olunmuşdur. 28 iyul 2007-ci il tarixli sərəncamla təsdiq edilmiş, ölkə başçısının siyasi iradəsinə uyğun olaraq dövlət orqanları ilə ictimaiyyətin səylərini birləşdirən "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” və onun həyata keçirilməsi ilə baglı bu sahədə qəbul edilmiş Milli fəaliyyət planları korrupsiyaya şərait yaradan halların aradan qaldırılması məqsədilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi üçün əlverişli hüquqi zəmin yaratmışdır.
Konseptual xarakter daşıyan korrupsiyaya qarşı milli mübarizə strategiyasının, bu sahədə aparılan siyasətin məntiqi nəticəsi olan Milli Strategiya, habelə ona əlavə edilmiş tədbirlər planı qabaqcıl dünya ölkələrinin təcrübəsinə əsaslanaraq və ölkəmizin iqtisadi, sosial və digər prosesləri nəzərə alınmaqla hazırlanmışdır.
Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və onun tabeliyində əsas məqsədi şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi olan "ASAN xidmət" mərkəzləri yaradılmışdır.
Bütün bu islahatlar və tədbirlər ilk növbədə ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılmasına yönəldilmişdir.
Lakin təəsüflər olsun ki,ölkədə pandemiyaya qarşı mübarizə gedir və Prezident xalqa müraciət edir, əhalinin imkansız təbəqələrinin sosial vəziyyətini yaxşılaşdırmaq ücün tədbirlər görülür, sadə insanlar dövlətin siyasətini dəstəkləyir, ancaq buna baxmayaraq bir çox məmurlar aztəminatlı ailələrə verilən yardımları mənimsəyir və vəzifələrindən sui-istifadə edərək sahibkarlardan və sadə vətəndaşlardan rüşvət almaqla məşğul olurlar.

Biz – ölkə gəncləri korrupsiya ilə mübarizə sahəsində dövlət başçısı tərəfindən həyata keçirilən islahatları dəstəkləyir və onunla həmrəy olduğumuzu bildiririk.
Bakı Qızlar Universitetinin TGT-nın sədr müavini
Cəfərzadə Məftunə