Bakı metrosunda özünü öldürmək istədi
09:28 / 28.03.2016
2876
Bakı metrosunda intihara cəhd hadisəsi baş verib.
Sfera.az musavat.com-a istinadən bildirir ki, martın 26-da "Qara Qarayev" metro stansiyasında yaşlı qadın özünü qatarın altına atmaq istəyib.
Qazax rayon sakini, 1958-ci il təvəllüdlü Şirinova Məleykə Məhəbbət qızı saat 11:30 radələrində özünü qatarın altına atmaq istəyib. 58 yaşlı qadın qatarın ön şüşəsinə dəyib.
Xoşbətlikdən o, dəmir relslərinin üstünə düşməyib. Bədən xəsarətləri alan qadın xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.