Sən də könüllü ol

Sən də könüllü ol
 Gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə Prezident İlham Əliyev 2020-ci ilin Azərbaycan Respublikasında "Könüllülər ili” elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir.
     Tarixi keçmişimiz, zəngin mədəni irsimiz və varisi olduğumuz dəyərlər bizləri könüllü olmağa sövq edir. Könüllülük heç bir qarşılıq gözləmədən dövlətin və cəmiyyətin inkişafında yerinə yetirilən fəaliyyətdir. Könüllülük plansız, məsuliyyət hissi olmadan, istənilən zaman imtina ediləcək bir fəaliyyət kimi qiymətləndirilməməlidir.
     Cəmiyyətin sosial və mənəvi inkişafında könüllülük önəmli yer tutur. Gənclərin bu işdən əldə etdikləri ən böyük qazanc onlara verilən səlahiyyətlərdir. Könüllü olmaqla sosial çevrə qazanır, özünü vacib bir şəxs kimi qiymətləndirir və problemlərin həllində önəmli fikirlər irəli sürürlər.
     Tələbəlik zamanı iş həyatı mövzusunda təcrübəsiz oluruq və təəssüflər olsun ki, bu təcrübəni dərs kitablarından əldə etmək mümkün deyil. Könüllü olaraq çalışdıqda qazanılan təcrübə özünə inam hissi yaradır və bizləri gələcək iş həyatına hazırlayır. Könüllülük fərdin özünü çalışmaq üçün uyğun namizəd olduğunu göstərməyin ən səmərəli yoludur. Bu yolla gənclər gələcək hədəflərini müəyyənləşdirir və sevdikləri işi görürlər. Bir sözlə, könüllülük fəaliyyəti iş həyatında müsbət nəticələrə yol açır.
Könüllülüyün fizioloji və psixoloji sağlamlığın qorunmasında önəmli rolu vardır.
Gənclərimizin könüllü olması gələcəyimiz üçün ümid deməkdir. Könüllülər dövlətimizi və cəmiyyətimizi gözəlləşdirməyə çalışan gizli qəhrəmanlardır. Onlar eyni zamanda digər şəxslərin də könüllü olmasına ilham verirlər.
     Könüllü olmaq üçün böyük ürək sahibi olmaq lazımdır. Bu isə Azərbaycan xalqına xas olan ali dəyərdir. Ölkəmizdə Avroviziya Mahnı Müsabiqəsi, I Avropa Oyunları, "Formula 1” yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində gənclərimizin göstərdikləri fəaliyyət bunun bariz nümunəsidir.
     Gəncliyimiz, sizinlə qürur duyuruq! Əminik ki, bu xeyirxah əməllərinizlə daim gözəl gələcək inşa edəcəksiniz.
 
Rüstəmova Günay İslam qızı
Bakı şəhəri Nəsimi rayon sakini


OXŞAR XƏBƏRLƏR

Gün sizdən yanadır - Bu bürclərin DİQQƏTİNƏ

Bu gün səmada hərəkətlilik var. Günün əsas astroloji hadisəsi Ayın Şir bürcündə hərəkət etməsidir ki, bu da cəsarət, özünüifadə və yaradıcılıq enerjisini güclən...

Sərhədçi Olimpiya İdman Mərkəzində ümumrespublika iclası keçirilib

3 iyul 2025-ci il tarixində saat 19:00-da Sərhədçi Olimpiya İdman Mərkəzində ümumrespublika iclası keçirilib. Sfera.az bildirir ki, iclasda məşqçi-müəlliml...

Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ – Bu maşınlar BAHALAŞACAQ

Avro sürətlə dəyər qazanır. Bu da beynəlxalq aləmdə ciddi narahatlıq doğurur. Məsələn Avropa Mərkəzi Bankının (ECB) rəsmiləri avronun sürətlə bahalaşmasının inf...

Ərdoğan Xankəndiyə yola düşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının Xankəndi şəhərində keçiriləcək 17-ci Zirvə görüşündə i...

Azərbaycanın tanınmış musiqiçisi vəfat etdi - FOTO

Tanınmış nağara ifaçısı Qaraş Cəlilov vəfat edib.   Sfera.az qafqazinfo.az-a istinadən xəbər verir ki, sənətçi 75 yaşında yaşadığı Şirvan şəhərində d...

“Məsələyə Putinin özü qarışmalıdır” - Qüdrət Həsənquliyevdən SENSASİON MÜSAHİBƏ

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri Qüdrət Həsənquliy...