Könüllülərin cəmiyyətdə rolu

Könüllülərin cəmiyyətdə rolu
 

Bu gün dünyada minlərlə insan təmənnasız əmək sərf edərək cəmiyyətin həyat fəaliyyətinin yaxşılaşdırılmasında könüllü olaraq böyük rol oynayır.Könüllülük hər hansı bir sahədə ehtiyacı olana yardım etməyi qarşısına məqsəd qoyaraq müəyyən tədbir və layihələrdə həyata keçirilən xidmətdir.

Könüllülük məsuliyyətliliyi,mehribançılığı,ünsiyyətçiliyi və gördüyü işə həvəslə can yandırmağı özündə birləşdirən müstəvidir.Bu fəaliyyətin gedişatında maddi olmasa da, mənəvi qazancı əldə etmək danılmaz haldır.

Bütün dünya ilə yanaşı Azərbaycanda da könüllülük sahəsində yüksəliş ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra uğur qazandı.Belə ki,1998- ci ildə Gənclər, İdman və Turizm Nazirliyi,BMT inkişaf Proqramı və BMT Könüllüləri Proqramının birgə layihəsi fəaliyyətə başladı.1998-2000 – ci illərdə bu proqramların həyata keçirilməsi ilə əlaqədar könüllülər ordusu yaradıldı.Beləliklə Azərbaycanda könüllülərin fəaliyyətinin inkişaf mərhələsini 2009 – cu ildə Milli Məclisin qəbul etdiyi " Könüllü fəaliyyət haqqında Qanun " təşkil etdi.2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (Asan Xidmət) yanında Asan Könüllüləri Təşkilatı ( AKT) yaradıldı.Bu gün də bu hərəkat Azərbaycanda davam edir.Belə müxtəlif mərkəzlərdə 700- dən çox gənc çalışır.

2020-ci ilin bəlası sayılan " Covid-19”pandemiyası dövründə ərzaq yardımılarının evlərə çatdırılması işlərində də könüllülər çox yaxşı iştirak etmişlər.Onlar sosial xidmətçilərlə birgə fəaliyyət göstərərk ərzaq paylarını tənha yaşlıların və qüsurlu insanların şəxsən evlərinə çatdıraraq öz üzərlərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirmişlər

Bütün bunları əsas tutaraq hörmətli prezidentimiz cənab İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu madidəsinin 32- ci bəndini rəhbər tutaraq gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq , gənclərin potensialından xalqın rifahı və ölkənin inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020- ci ili " Könüllülər ili " elan edərək sərəncam imzalamışdır. Tam əminliklə demək lazımdır ki, bu ilin məhz " Könüllülər ili " elan edilməsi gənclərin qoşulduqları fəaliyyətin əbəs yerə olmadığını bir daha sübut etdi.

Nəsimi rayonu təhsil işçisi

Azərbaycan dili və ədəbiyyat müəllimi

Mamedova Elnurə


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...