“McDonald\'s Azerbaijan” şirkətindən şikayət var – OXUCU MƏKTUBU

“McDonald\'s Azerbaijan” şirkətindən şikayət var – OXUCU MƏKTUBU

Münəvvər Əhməd addlı istifaddəçi Facebookdakı "Müştəriyəm Şikayətim Var” qrupuna şikayət ünvanlayıb.

 

 

Sfera.az xanım istifadəçinin şikayət məktubunu oxucularına təqdim edir: "Şikayətim təəccüblü də olsa, McDonald's Azerbaijan şirkətindəndir. Hər zaman xidmət səviyyəsi ilə seçilən fastfood nədənsə xidmət səviyyəsindəciddi problemlər yaşayır. Daim sifarişləri yalnış yığırlar, ya sənin sifarişini qəbzə vurmadığları üçün paketə əlavə olunmur, ya da qəbzə vursalar da, paketləşdirməyi unudurlar. Ən çox bu problemlə Nərimanov filialında qarşılaşıram! Hər dəfə məcburi verilən qəbzi də, aldığım məhsulu da yoxlayıram.”


İftar süfrəsi üçün McDonald's-dan yemək sifariş edən gənc xanım xoşagəlməz halla qarşılaşddıqlarını bildirir: "Dünən iftar vaxtı restorana yaxınlaşıb, 2 Double BigMac Menu, bir ədəd Royal Cheeseburger menyü və bir neçə əlavə sous sifariş etdik. Sifarişimizi aldıqda, düşündük ki, sifariş səhv gəlib, çünki BigMac menyünün biri yox idi, Royal Cheeseburgerlə birgə promo 6 ədəd naggets olmalı idi, o da yox idi, 7 sous istməyəyimizə rağmən, 3 sous gətirmişdilər, bir Cola və bir İce tea yerinə isə, bir Cola və bir şüşə portağal şirəsi gəlmişdi. Biz sifarişi yenidən yoxlamalarını tələb etdik, geddib gəldilər, bir ədəd BigMac artırıb, hər şeyi olduğu kimi qaytardılar, yəni menyünü yeniləmədilər, sadəcə BigMac artırdılar! Bir də geri göndərdik, hirslə, səslə-küylə oturduq skamyaya! Mühafizəçi yaxınlaşdı bizə ki, oturmayın, olmaz burda oturmaq, bizə təlimat gəlib. Təbii ki, bütün hirsimi ona tökdüm, haqlıydım da! Məndən mübahisə etməyə başladı, bu an sifarişimizi 3-cü dəfə səhv gətirdilər! Sonda menecer səs-küyə çıxıb dedi ki, özüm yığacağam! 4-cü dəfə doğru düzgün verildi, əlavə 1 ədəd kənd kartofu qoymuşdular. Bilmədim, bonus idi, ya o da yanlışlıqla gəlmişdi!”


Evddə daha bir xoşagəlməz sürprizlə qarşılaşdıqlarını söyləyəyən şikayətçi qəzəbini gizləddə bilmir: "Evə gəldikdə gördük ki, indi də yeməklərin hazırlanmasında problem var. Belə ki, Dabl BigMac-ın birində xiyar turşusu var, o birsində yoxdur, birində 3 kotlet var, o birsinde 4 kotlet, Royal Cheeseburger soğansız olmalı idi, amma nədənsə içərisinə soğan əlavə eddilib! Burgerləri elə səliqəsiz qablaşdırmışdılar ki. İnanmaq istəyirəm ki, içinə tüpürməmişdilər.”


Hər zaman yüksək xidmət səviyyəsi ilə öyünən fastfood şəbəkəsinin belə yarıtmaz işini müştəri çoxluğu ilə pərdələmək istəyən menecerin sözləri xanım istifadəçini tamam hövsələdən çıxarıb, o məktubunda etirazını belə bildirir: "Bu biabırçılığı müştəri çoxluğu ilə izah edən menecer xanım sifarişləri vaxtında hazırlamağa çatdırmadıqlarını əsas gətirməklə, vəziyyətdən çıxmağa çalışdı. Hər kəsə sual edirəm, nə vaxtdan MCD üçün 7-8 müştəri çox sayılıb? Və ya siz nə vaxt MCD-da az müştəri görmüsünüz? SteakHouse deyil axı bura, fastfood-dur.”

Selcan

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Beyons Nyu Yorkdakı konsertdə xəz paltoda çıxış edib - FOTO

Beyons Nyu-York konsertinə kultnalı xəz palto geyinib. Bu yaxınlarda ulduz Nyu-Yorkda verdiyi konsertdə Lvov brendi “Cultnaked”in kürkünü geyinərək ...

İçəriyə bomba qoyulduğunu iddia edən sərnişin təyyarədə xaosa səbəb olub - FOTO

Avropa səmasında təyyarənin qapısını açmağa çalışan sərnişini üç nəfər saxlayıb. Hadisədən sonra kapitan ən yaxın hava limanına planlaşdırılmamış eniş etməyə mə...

İtlərin böyütdüyü Oksana Malayanın qeyri-adi hekayəsi - FOTO

Bəzi uşaqlar yalnız itləri təqlid etməklə əylənirlər. Lakin Oksana Malaya üçün bu, oyun deyil, sağ qalma yolu idi. Ailəsi tərəfindən baxımsız qalan bu kiçik qız...

40 il sivilizasiyadan kənar qalmış Lıkovlar ailəsinin şok hekayəsi

1978-ci ilin yayında Rusiyada Cənubi Sibir meşələrində mineral kəşfiyyat ekspedisiyası alimləri heyrətə gətirib.   Sfera.az bu yazıda sizə 40 il sivi...

Prezident 28 May - Müstəqillik Günü ilə bağlı paylaşım etdi

Prezident İlham Əliyev 28 May - Azərbaycanın Müstəqillik Günü ilə bağlı paylaşım edib.   Sfera.az paylaşımı təqdim edir: ...

Azərbaycanda Müstəqillik Günü qeyd olunur

Bu gün Azərbaycanda Müstəqillik Günüdür.   Sfera.az xatırladır ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərba...