Göygöldə 92 yaşlı kişinin başını kəsən şəxs tutuldu

Göygöldə 92 yaşlı kişinin başını kəsən şəxs tutuldu
Göygöldə xüsusi amansızlıqla törədilən qətlin üstü açılıb.
Sfera.az xəbər verir ki, Göygöl rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, fevralın 29-da rayonun Çaykənd kənd sakini, 1924-cü il təvəllüdlü Kamil Məmmədovun başını kəsərək öldürən şəxsin elə həmin kəndin sakini, əvvəllər məhkum olunmuş 1988-ci il təvəllüdlü Elxan Allahverdiyev olduğu müəyyənləşdirilib. 
O, saxlanılıb. E. Allahverdiyevi hadisəni qarət məqsədilə törətdiyini etiraf edib. Qətli törədən E. Allahverdiyev evdən 22 manat pul aparıb.
Faktla bağlı başlanmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, fevralın 29-da Göygöl rayonunun Çaykənd kəndində yaşayan 92 yaşlı Kamil Məmmədovun baş və boğaz nahiyələrində kəsilmiş-deşilmiş xəsarətlər olan meyiti tapılıb. Meyit onun evində aşkarlanıb. 

OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...