Bayramda dollar dəyişmək istəyənlər nə etsinlər?

Bayramda dollar dəyişmək istəyənlər nə etsinlər?

 

Azərbaycanın Mərkəzi Bankı da daxil olmaqla, demək olar ki, bankların əksəriyyəti Novruz bayramında işləməyəcək. Bu isə bir çox suallar yaradır. 

Belə ki, onsuz da AMB-nin qərarına görə, bankların Azərbaycanda valyuta dəyişmə məntəqələri yalnız mehmanxana və hava limanlarında yerləşdirilib. Novruz bayramında isə onları tapmaq, sözün əsl mənasında, müşkülə çevrilə bilər. Belə ki, əlində dolları olan və onu manata çevirmək istəyən şəxslər problem ilə üzləşə bilərlər. 

Nəzərə alsaq ki, bayramda Azərbaycana gələn turistlərin də sayı artacaq, bu məsələ onlar üçün də çətinlik yarada bilər. 

Oxu.Az bu məsələni banklar üzrə mütəxəssis Əkrəm Həsənov ilə dəyərləndirib.

"Bayram günlərində dollar dəyişmək istəyənlər rəsmi qaydada heç bir yerdə valyuta ala bilməyəcəklər. Bu isə onları valyutanı "qara bazar”dan almağa sövq edəcək. Faktiki "qara bazar” işə düşəcək. Düşünürəm ki, AMB və banklar bayramda "qara bazar”ın fəallaşması üçün tam şərait yaradırlar”. 

O həmçinin bildirib ki, qanuna görə, 9 gün Azərbaycanda qeyri-iş gün olacaq və bank işçiləri də rəsmi qaydada istirahət edə bilərlər:

"Qanuna görə, bayram günləri qeyri-iş günü olduğu üçün, banklar da işləməyə bilər. Amma əvvəlki illərdə bankların bayram günlərində belə, işlədiklərinin şahidi olmuşuq. Məsələn, heç bir bank 9 gün Novruz bayramında tam istirahət etməyib. Bütün banklar, demək olar ki, 3-4 gün istirahətdən sonra işləyiblər. Onlar kredit də veriblər, kredit ödənişini də həyata keçiriblər. Valyutanın dəyişdirilməsi də bura daxil idi”.

"AMB və bankların işləməməsi tam səhv qərardır və onlar işləməli idilər”, - deyə mütəxəssis əlavə edib.

O bildirib ki, nəzərə alsaq ki, martın 19-u şənbə, 20-si bazar, 21-i isə artıq bayramdır, o zaman banklar işə martın 22-dən başlaya bilərlər.

"Məsələn, heç olmasa, banklar elan etsin ki, martın 22-dən 25-dək günün birinci yarsı işləyəcəklər”.

Mütəxəssis onu da bildirib ki, banklar işləsə belə, onlar dollar problemi ilə qarşılaşa bilərlər:

"Bilirsiz ki, bankları dollar ilə təmin edən yeganə qurum Azərbaycan Mərkəzi Bankıdır”.

Qeyd edək ki, ölkənin aparıcı banklarının bir çoxu bayramda işləyib-işləməyəcəkləri ilə bağlı ünvanladığımız suala hələki məlum olmadığını bildiriblər. 

"Martın 19-dan "Unibank” filialları fəaliyyət göstərməyəcək. Martın 28-i səhər saat 09:00-dan etibarən işə başlayacaq. Bu müddət müştərilər kredit ödənişlərini ödəmə terminallarında - nağd, unibank.az və hesab.az saytlarında - onlayn həyata keçirə biləcəklər”, - deyə "Unibank”dan Oxu.Az-a bildirilib.

Bundan başqa, martın 22-si "Rabitəbank”ın baş ofisi, Sahil, Nizami, Yasamal filialları saat 09.00-dan 13.30-dək işləyəcək. 

Xatırladaq ki, Azərbaycanda ikinci devalvasiyadan sonra "qara bazar” yaranmışdı. Daha sonra polis "qara bazarı” nəzarətə götürmüşdü. Qanunsuz olaraq dollar satan şəxslər də həbs edilmişdi. 

Məlumat üçün bildirək ki, AMB-nin qərarına əsasən, Azərbaycanda mübadilə şöbələri yanvarın 14-dən etibarən yalnız mehmanxana və hava limanlarında fəaliyyət göstərir. 

"Son zamanlar valyuta mübadilə əməliyyatlarının həcminin artması ilə əlaqədar kommersiya bankları tərəfindən əməliyyatların daha səmərəli və çevik tənzimlənməsi, əməliyyatlara nəzarət prosedurunun gücləndirilməsi məqsədilə, eləcə də xidmət şəbəkələrinin və əməliyyat xərclərinin optimallaşdırılması istiqamətində aparılan işlərin davamı olaraq valyuta mübadiləsi əməliyyatlarının mübadilə şöbələrində həyata keçirilməsi məhdudlaşdırılıb, mübadilə şöbələrinin fəaliyyətinə əsasən xitam verilib. 

Yalnız turizm xidməti göstərən obyektlərdə (xüsusilə mehmanxana və hava limanında) operativ valyuta mübadilə ehtiyaclarının qarşılanması məqsədilə bankların valyuta mübadilə şöbələrinin fəaliyyəti davam etdirilir”, - deyə bank açıqlmasında bildirmişdi. 

 


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...