Məşhur prodüser arvadına qarşı dələduzluq edib
Dünya
00:30 / 05.05.2020
3356
Rusiyanın "Na-na" qrupunun məşhur prodüseri Bari Alibasov dələduzluqda günahlandırılıb.
Sfera.az xəbər verir ki, o, 81 yaşlı həyat yoldaşı Lidi Fedosevoy-Şukşinoyun evində gizli əməliyyat aparıb. Xanımın Moskvanın mərkəzində sahib olduğu mənzil Barinin köməkçisinin adına keçib. Sənədlərdə isə evin 10 milyon rubla (təxminən 225 min manat) satıldığı göstərilib.
Lidi sənədlərə özündə olmadığı halda qol çəkdiyini iddia edib. Qadının qızı bununla bağlı məhkəməyə müraciət edib. O, anasına qarşı dələduzluq edildiyini söyləyib.
Alibasovun vəkili isə heç bir saxtakarlığa yolverilmədini, məhkəmədə qalib gələcəklərini açıqlayıb.
Prodüser özü isə jurnalistlərin bununla bağlı iddialarını cavabsız qoyub. (axşam.az)