Play Store-da tətbiqlərin yenilənməsində problem var

Play Store-da tətbiqlərin yenilənməsində problem var
 

Play Store-da baş verən bir xətaya görə, tətbiqlər təkrar-təkrar yenilənir.

Dünyanın ən böyük axtarış sistemi olan Google Android əməliyyat sistemi ilə milyonlarla ağıllı telefon istifadəçisinə xidmət göstərir. Bununla yanaşı, Play Store vasitəsilə saysız-hesabsız tətbiqin istifadəsini təmin edir. Google istifadəçilərə daha yaxşı xidmət göstərmək məqsədilə Android əməliyyat sisteminin onlayn tətbiq mağazası Play Store tətbiqini müntəzəm olaraq yeniləyir və bir sıra təhlükəsizlik tədbirləri görür.

Məlum olduğu kimi, Android tətbiqləri müəyyən vaxt aralıqları ilə istehsalçılar tərəfindən yenilənir. Bu yeniləmələr Play Store vasitəsilə istifadəçilərə çatdırılır. Hazırda isə sistemdə baş verən bir xəta tətbiqlərin təkrarən yenilənməsinə gətirib çıxarıb. Problemin mənbəyi hazırda bəlli olmasa da, əksər istifadəçilərdən məsələ ilə bağlı şikayətlər gəlməyə daxil olub.
Belə ki, adətən istifadəçilər Play Store-da "Tətbiqlərim və Oyunlarım” bölməsinə daxil olduqları zaman yenilənməli tətbiqlərin siyahısı ilə qarşılaşırlar. Ancaq bu dəfə onlar bu tətbiqləri yeniləmək üçün "Yenilə” (Update) seçimini kliklədikləri zaman prosesin icra olunması başlasa da, əslində yenilənmə həyata keçirilməyib. Nəticədə eyni tətbiqlər yenidən yenilənmə siyahısında görünüb. İstifadəçilər prosesi dəfələrlə təkrarlasalar da, nəticənin dəyişmədiyini bildiriblər.
Google şirkəti isə sözügedən məsələ ilə bağlı hələ ki, heç bir açıqlama etməyib. Səlahiyyətlilərin qısa müddət ərzində bu problemi aradan qaldırmaq üçün addım atacağı gözlənilir.

OXŞAR XƏBƏRLƏR

Göydəniz Qəhrəmanov Ümummilli liderə həsr olunmuş kitabının təqdimatında - FOTOLAR

"YAP Yasamal rayon təşkilatında ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş, xalq artisti, professor Zamiq Əliyevin müəllifi...

Kəlbəcərə gedən yolda maşın aşdı

Göygöl-Toğanalı-Kəlbəcər yolunda minik maşını aşıb.   Sfera.az bildirir ki, hadisə rayonun Aşıqlı kəndindən keçən hissəsində qeydə alınıb. Rayon saki...

“Baku City Residences” “Dayanıqlı inşaat şirkəti mükafatı”na LAYİQ GÖRÜLDÜ

Azərbaycanın daşınmaz əmlak sektorunda qabaqcıl şirkətlərdən olan “Baku City Residences” daha bir mükafata layiq görülüb.   Sfera.az xəbə...

Nisyə mal alqı-satqısı sahəsində şərtlər dəyişdi

Nisyə mal alqı-satqısı sahəsində şərtlər dəyişib.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Kredit büroları haqqınd...

Vanqanın yeni proqnozu üzə çıxdı - Bu ilin iyul ayı və 5 il sonra...

Yaponiyalı manqa yazıçısı (həm yazıçı, həm də rəsam ola bilən, yapon üslubunda şəkilli hekayələr yaradan sənətçidir - red.) Ryo Tatsuki illər öncə verdiyi qeyri...

Cəlilabadda mebel fabrikinin işi dayandırıldı

Cəlilabadda yanğın təhlükəli mebel fabrikinin fəaliyyəti dayandırılıb.   Bu barədə Sfera.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib. &nb...