Samir Kamrana yalvarıb pulunu istədi, səsyazması yayıldı

Samir Kamrana yalvarıb pulunu istədi, səsyazması yayıldı
Müğənni Samir Piriyev polisə şikayət etdiyi aparıcı Kamran Həsənli ilə aralarında olan səsyazma nümunəsini istintaqa təqdim edib.

BiG.AZ xəbər verir ki, bu barədə S.Piriyevin hüquqşünası Ruslan Əhmədoğlu açıqlamasında bildirib. O, K.Həsənlinin mediaya verdiyi müsahibədə yalan danışdığını vurğulayıb:

"Kamran demişdi ki, faktla bağlı cinayət işi başlanılmayıb. Amma baş prokukorluq dərhal məlumat yayaraq cinayət işinin açılmasını təsdiqlədi. Kamranın dediyi kimi, Samir əgər pulu türkə təqdim etmişdisə, Kamran niyə əvəzində öz avtomobilini Samirə verib? Kamranın cavabı gülməlidir. O, deyir ki, xahişə görə bunu etmişəm.

Kamran özü də etiraf edir ki, Samir tanımadığı türk şirkətinə çayxanada pulu necə verə bilərdi? Biz də cavabında deyirik ki, Samir tanımadığı həmin şirkətə görə pulu verməzdi, amma çayxanada illərdir tanıdığı, hər yerdə türkçülük ideologiyasından danışan, insanların gözündə dürüst görünməyə çalışan Kamran Həsənliyə pulu verə bilərdi və səhv edərək o pulu verib.

Səsyazısı ilə bağlı məlumat verdikdən sonra Kamran dedi ki, belə səsyazısı yoxdur. Guya o, heç vaxt Samirə "evimi satıb sənə pul verəcəyəm” deməyib. Artıq istintaqa da verdiyimiz səsyazmanı təqdim edirik”.

R.Əhmədoğlu sonda səsyazısı ilə K.Həsənlinin bütün yalanlarının ortaya çıxacağını deyib:

"Kamran Həsəni artıq heç yerdə danışmasın ki, mən işimi yoluna qoymuşam. O, hər gün Bakı Şəhər Prokurorluğuna gedərək orada səs-küy edir. Təəssüf hissi ilə bildirirəm ki, Azərbaycan Respublikasının qanunvericiliyi hay-küy ilə tənzimlənmir”.

Xatırladaq ki, müğənni Samir Piriyev hüquq-mühafizə orqanlarına müraciət edərək K. Həsənlinin onun 80 min dollarını mənimsədiyini bildirib. Daxil olmuş şikayət əsasında Nərimanov rayon Prokurorluğunda fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb./axsam.az/
 
]

OXŞAR XƏBƏRLƏR

Banklar kredit faizlərindən nə qədər qazanıb? - STATİSTİKA

2024-cü ilin yanvar-noyabr ayları ərzində banklar verdikləri kreditlərə görə müştərilərdən 2 milyard 808 milyon manata yaxın faiz gəliri əldə edib.   ...

Bağça müəllimlərinin sertifikatlaşdırma qaydasında dəyişiklik edildi

Dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydasında dəyişiklik edilib.   Sfera.az xəbər verir ki, Baş n...

"Ora Rusiya zərbələrinin hədəfi olacaq" - Lavrovdan SƏRT AÇIQLAMA

“Yaranan təhdidlərdən asılı olaraq, Kiyevdəki qərar qəbuletmə mərkəzləri Rusiyanın zərbələri üçün hədəf ola bilər”.   Sfera.az bildirir k...

Səudiyyə Ərəbistanı kralı və vəliəhd şahzadəsi İlham Əliyevə başsağlığı verdi

Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud və Vəliəhd Şahzadə Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Qazaxıstanda "Azərbaycan Hava Yollar...

Bosfor boğazından gəmilərin keçidi dayandırıldı

Rusiyaya gedən tankerdə nasazlıq səbəbindən Bosfordan gəmilərin hər iki istiqamətdə tranziti müvəqqəti olaraq dayandırılıb.   Sfera.az xəbər verir ki...

Balaəli məhkəməyə verildi - 6 aydan 1 ilə qədər...

Tanınmış meyxanaçı Balaəli Rzayevin sürücülük hüququ məhdudlaşdırıla bilər.   Sfera.az xəbər verir ki, meyxanaçı barədə İnzibati Xətalar Məcəlləsinin...