Azərbaycan “Eurovision”da 7-ci yerdə - Birincilik savaşı

Azərbaycan “Eurovision”da 7-ci yerdə - Birincilik savaşı

Stokholmda keçiriləcək "Eurovision” mahnı müsabiqəsinin finalına çox az vaxt qalıb.

 "Qafqazinfo” xəbər verir ki, beynəlxalq bukmeyker hesablamalarına görə, bu il mahnı müsabiqəsinin qalibi Rusiya təmsilçisi Sergey Lazarev olacaq. Onların fikrincə, Avropa zövqü "You are the only one” mahnısında cəmləşib.

İkinci sırada isə mahnı müsabiqəsinə ev sahibliyi edən İsveç təmsilçisi Frans və onun mahnısı "İf I Were Sorry” görülür.

Proqnozlara görə, "Eurovision 2016” mahnı müsabiqəsinin üçüncüsü isə Xorvatiya təmsilçisi Nina Kraljicin olacağı ehtimal edilir.

Azərbaycan təmsilçisi Səmra Rəhimlinin "Miracle” mahnısı isə bukmeyker nəticələrinə görə, daim yerini dəyişir.

Belə ki, ötən gün səhər saatlarının proqnozuna görə, Səmra Rəhimli 17-ci sırada qərarlaşsa da, bu gün ifaçı 7-ci pillədə öz yerini tapıb.

Qeyd edək ki, İsveçdə keçiriləcək 61-ci "Eurovision” mahnı müsabiqəsində ölkəmiz birinci yarımfinalın ikinci hissəsində çıxış edəcək.


OXŞAR XƏBƏRLƏR