Baqajda Bakıya sərnişin keçirmək istədi, saxlanıldı

Baqajda Bakıya sərnişin keçirmək istədi, saxlanıldı

Dövlət Yol Polisi İdarəsi dünən karantin qaydalarını pozanların sayını açıqlayıb. 

Sfera.az verdiyi xəbərə görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 14 aprel saat 00:00-dan 15 aprel saat 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1249 nəfər  İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə aprelin 1-dən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 19936 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Xüsusi karantin rejiminin pozulması hallarından biri də aprelin 15-i saat 04:20-də Bakı-Şamaxı avtomobil yolunun 31-ci kilometrliyində qeydə alınıb. Belə ki, Bakı şəhər sakini Bəhərçinov Şamxal Əli oğlu etibarnamə əsasında idarə etdiyi "Ford Focus” markalı 99-CJ-345 dövlət qeydiyyat nişanlı minik avtomobilinin baqaj hissəsində Şəki rayon sakini Ağakişiyev İbrahim Cumalı oğlunu polis keçid postundan paytaxt istiqamətinə keçirmək istəyərkən Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən saxlanılaraq inzibati məsuliyyətə cəlb ediliblər.


OXŞAR XƏBƏRLƏR