Sərhəddə keçən 1 ay – STATİSTİKA

Sərhəddə keçən 1 ay – STATİSTİKA
2016-cı ilin fevralında dövlət sərhədini pozduqları üçün 22 halda 34 nəfər saxlanılıb.
Bu barədə Oxu.Az-a  Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən bildiriblər.
Qeyd olunub ki, saxlanılan şəxslərin 11 nəfəri Azərbaycan, 9 nəfəri İran,  4 nəfəri Qana, hər ölkədən 2 nəfər olmaqla Pakistan, Özbəkistan, Ukrayna və hər ölkədən 1 nəfər olmaqla Moldova, Gürcüstan, Banqladeş və Filippin vətəndaşları olublar.
Sərhəd rejim qaydalarını pozduqları üçün yaşıl sərhəddə 2 halda 4 nəfər,  Xəzər dənizində 14 halda 25 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respub¬li¬kası hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 391 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 6 halda 7 kiloqram 498 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 59 halda ümumi dəyəri təqribən 376 min manat olan qaçaqmal, o cümlədən 1 ədəd TOZ-8 markalı tüfəng, 1 ədəd 7,62 mm-lik güllə, 25 kq barıt, 1 ədəd "Drond” markalı uçuş aparatı, 15 min 636 qutu siqaret, 30 min 920 Azərbaycan manatı, 569 min Rusiya rublu, 30 baş buzov, 6 baş at, müxtəlif növ dərman preparatları, spirtli içkilər, ərzaq və sənaye malları saxlanılıb.

OXŞAR XƏBƏRLƏR

FHN zəlzələ ilə bağlı məlumat yaydı: Dağıntı qeydə alınıb?

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə d...

Ronaldodan daha bir möhtəşəm qol - VİDEO

Kriştiano Ronaldo növbəti qolunu Portuqaliya yığmasının heyətində vurub.   Sfera.az xəbər verir ki, 40 yaşlı ulduz futbolçu Almaniya milli komandası ...

Bu kiçik ada hər altı aydan bir vətəndaşlıq dəyişir - SƏBƏB

Qırqovul adası Bidasoa çayı üzərində İspaniyanın İrun şəhəri ilə Fransanın Hendaye şəhəri arasında yerləşir. Bu maraqlı ada hər altı ayda bir ölkədən digərinə d...

Tibb təhsili yoxdur, amma plastik cərrahdır - Klinikadan GÖRÜNTÜLƏR YAYILDI

İddiaya görə, Bakıda yerləşən “MayoMed” klinikasında özünü plastik cərrah kimi təqdim edən Nihad Aslanov adlı həkim çalışır, amma onun tibb sahəsi ü...

İtkin düşən Şahin öldürülübmüş - Müharibə veteranı həbs edildi

Xəbər verdiyimiz kimi, Lerikdə itkin düşən Şahin Musa oğlu Şərifovun meyiti tapılıb.   Sfera.az-ın məlumatına görə, iyunun 1-də Lerik ...

Əməliyyat zamanı ürəyi 45 dəqiqə dayandı: Gördüklərindən şoka düşdü

Mayk Makkinsi 2004-cü ildə keçirdiyi əməliyyat zamanı ürəyinin 45 dəqiqə dayanmasından sonra yaşadıqlarını bölüşüb. İsanı qarşısındakı əməliyyat masasında ...