Mətanət İsgəndərli: “Ağzında bir dişi var, mənə elçi düşüb” - VİDEO

Mətanət İsgəndərli: “Ağzında bir dişi var, mənə elçi düşüb” - VİDEO
 Əməkdar artist Mətanət İsgəndərli bu yaxınlarda ona elçi gələn şəxsin hələ də ardınca gəzdiyini söyləyib.

Sənətçi bu barədə ARB TV-də yayımlanan "Hüseynova bacıları” verilişində danışıb:

"Evə gəldim, gördüm ki, atam əsəbiləşib. Dedi ki, sənə elçi düşən bir qoca kişi gəlmişdi. Qarşımı kəsdi, dedi ki, səninlə qohum olmaq istəyirəm. Mətanətə elçi düşmüşəm. Dedim ki, başın xarabdır? Söylədi ki, yaxşı, onu vermirsənsə, Sədaqəti (Müğənninin bacısı - red.) ver. Deyirəm, ay kişi, nə danışırsan? Doğrudan deyirsən, ya zarafat edirsən? Atam da çaşıb, bilməyib nə etsin.

Verilişdən sonra həmin kişi çıxdı qarşıma, dedi ki, ay Mətanət xanım, nə deyirsən? O məsələni neyləyək? Ağzını açdı, gördüm ki, bir dənə dişi var. Dedi ki, Naxçıvanda bağım, villalarım var. Özü də çayın kənarında. Dedim ki, mənim ərə gedən vaxtım deyil. Əl çəkmir, ikinci dəfə də qarşıma çıxdı. Dedim ki, get, işinlə məşğul ol. Düzdür, pis kişi deyildi, amma ağzını gərək açmayaydı”.


OXŞAR XƏBƏRLƏR

Sabah Bakıda 28 dərəcə isti olacaq

İyulun 5-də gözlənilən hava proqnozu açıqlanıb.   Bakıda və Abşeron yarımadasında hava necə olacaq?   Milli Hidrometeorologiya Xidmətindən...

Atasının itkisi onu sarsıtdı: Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yarandı

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı səhhətində yaranan problemlərdən danışıb.   Sfera.az xəbər verir ki, o, bu barədə “Həmin Zaur&rdquo...

Bu xəstəliklər ölümü tezləşdirir - SİYAHI

Dünyada hər il milyonlarla insanın həyatını itirməyə səbəb olan ən təhlükəli xəstəliklər var.    Sfera.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşk...

Bakıda Boşanmış Qadın Keçmiş Ərini Döydü – Səbəb Alimentdir

Bakıda boşanmış qadın aliment ödəməyən keçmiş ərini döyüb.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsi...

Prezident İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb - FOTO

İyulun 4-də Xankəndidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şəriflə görüşüb.   ...

Bu qidalar sonsuzluq yaradırmış - DİQQƏT!

Müasir dövrdə sonsuzluq (infertillik) hallarında artım müşahidə olunur. Bu artımın bir sıra səbəbləri arasında həyat tərzi, stress, ətraf mühit amilləri və gene...