Bakıda tarixi hamam sökülür? - Fotolar

Bakıda tarixi hamam sökülür? - Fotolar

Bakının mərkəzində yerləşən tarixi "Fantaziya” hamamının sökülməsi ilə bağlı müxtəlif məlumatlar yayılıb.

Sfera.az xəbər verir ki, şəhər sakinləri 1886-ci ildə inşa edilən hamamın söküləcəyindən narahatlıq ifadə edərək azvision.az-a müraciət ünvanlayıblar.

Əməkdaşlarımız "Fantaziya” hamamının yerləşdiyi əraziyə baş çəkərək yerli sakinlərlə görüşüb, onların problemlərini dinləyib. Sakinlərin gözlərinə görə, tarixi hamam illərdir ki, uçuq-dağıq vəziyyətdədir.

"Bir neçə gün öncə özlərini Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları kimi təqdim edən şəxslər hamama baxış keçirərək, tikilinin söküləcəyini bildirdilər. Onlar hamamın yerində yeni obyektin inşa ediləcəyini dedilər”-sakinlər bildiriblər.

 

Mədəniyyət və Turizm Nazirliyi ilə əlaqə saxlayaraq sakinlərin dediklərinin doğru olub-olmadığını aydınlaşdırmağa çalışdıq. Nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sektor müdiri Vüqar İsayev AzVision.az-a açıqlamasında binanın söküləcəyi haqda xəbərlərin doğru olmadığını bildirib.

"Bizə məlumat daxil olan kimi, şəxsə özüm gedib həmin tarixi abidəyə baxdım, hamam yerində durur, orada heç bir söküntü işi aparılmır. Sadəcə hamam fəaliyyətini dayandırıb”.

Nazirlik rəsmisinin sözlərinə görə, "Fantaziya” hamamı tarix və mədəniyyət abidəsi kimi 
dövlət tərəfindən qorunur.

"Orada tikinci və ya söküntü işləri bizim razılığımız əsasında aparıla bilər. Obyekt şəxsi mülkiyyətdədir. Oranın sahibi tərəfindən bizə hər hansı müraciət daxil olmayıb.

"Tarix və mədəniyyət abidələrin qorunması” haqqında qanuna əsasən şəxsi mükiyətdə yalnız yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi ola bilər. Eyni zamanda şəxsi mülkiyətdədirsə, təmir işləri mülkiyətçinin vəsaiti hesabına, Mədəniyyət və Turizm Nazirliyi yanında dövlət xidmətinin razılığı əsasında aparıla bilər.

Təmir işləri aparmağa başlamamışdan öncə bizə müraciət olunmalıdır. Bizim araşdırmamızdan sonra təmir işlərinə başlanıla bilər. Biz sahibkara göstəriş verə bilmərik ki, obyekti təmir edin”.



OXŞAR XƏBƏRLƏR

FHN zəlzələ ilə bağlı məlumat yaydı: Dağıntı qeydə alınıb?

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə d...

Ronaldodan daha bir möhtəşəm qol - VİDEO

Kriştiano Ronaldo növbəti qolunu Portuqaliya yığmasının heyətində vurub.   Sfera.az xəbər verir ki, 40 yaşlı ulduz futbolçu Almaniya milli komandası ...

Bu kiçik ada hər altı aydan bir vətəndaşlıq dəyişir - SƏBƏB

Qırqovul adası Bidasoa çayı üzərində İspaniyanın İrun şəhəri ilə Fransanın Hendaye şəhəri arasında yerləşir. Bu maraqlı ada hər altı ayda bir ölkədən digərinə d...

Tibb təhsili yoxdur, amma plastik cərrahdır - Klinikadan GÖRÜNTÜLƏR YAYILDI

İddiaya görə, Bakıda yerləşən “MayoMed” klinikasında özünü plastik cərrah kimi təqdim edən Nihad Aslanov adlı həkim çalışır, amma onun tibb sahəsi ü...

İtkin düşən Şahin öldürülübmüş - Müharibə veteranı həbs edildi

Xəbər verdiyimiz kimi, Lerikdə itkin düşən Şahin Musa oğlu Şərifovun meyiti tapılıb.   Sfera.az-ın məlumatına görə, iyunun 1-də Lerik ...

Əməliyyat zamanı ürəyi 45 dəqiqə dayandı: Gördüklərindən şoka düşdü

Mayk Makkinsi 2004-cü ildə keçirdiyi əməliyyat zamanı ürəyinin 45 dəqiqə dayanmasından sonra yaşadıqlarını bölüşüb. İsanı qarşısındakı əməliyyat masasında ...