Yadplanetlilər tərəfindən oğurlandığını deyən azərbaycanlı ilə müsahibə - VİDEO

Yadplanetlilər tərəfindən oğurlandığını deyən azərbaycanlı ilə müsahibə - VİDEO
 Azərbaycanda yadplanetlilərlə görüşən insan yaşayır.

Sfera.az baku.ws-ə istinadən xəbər verir ki, belə bir iddia ilə çıxış edən 69 yaşlı Salman Cavadov ixtisasca memardır. O, yadplanetlilərlə görüşdüyünü iddia edir. Onun sözlərinə görə ilk dəfə o, 1995-ci ildə uçan boşqab tərəfindən qaçırılıb. Amma bu uzun müddətli olmayıb. Hadisə 2002-ci ildə yenidən təkrarlanıb.

Salman Cavadovun sözlərinə görə, o, gecəyarı eyvanda hündür məsafədən işıq gəldiyini görür. Eyvana çatanda həmin işıq qəfildən sönür. Beləliklə eyvana düşən şüa və keyləşmə vasitəsi ilə Salman özünü uçan boşqabın içərisində görür. Uçan boşqabı təsvir edən Salman müəllim onun tərkibinin alüminuma bənzədiyini söyləyir. Sakinlərinin xarici görünüşünə gəldikdə isə başlarının üçbucaqlı formasinda və onların üçbarmaqlı olduğularını qeyd edir.

Salman Cavadov iddia edir ki, onu hündür mərtəbəyə qaldırıb bir otağa salıblar. Onu tanımadığı bir cihazın üstünə uzadıb beyninə naqillər keçiriblər. 15 dəqiqə keçdikdən sonra onu həmin cihazdan ayırdılar və o bədənin boşaldığını, zəiflədiyini hiss edib.

Telepatik yolla onlara "mənə nə etdiniz” sualı verən Salman müəllimə cavablarında ona yerdə aldığı elmin sürətini çıxartdıqlarını söylədilər və beynin sol yarımkürəsindəki epifiz vəzinin gücləndirdiklərini dedilər. Onun sözlərinə görə beyninin işləmə qabiliyyəti onları qane etməsəydi o zaman onu geri qaytarıb beynini pozacaqdılar ve qəhrəmanım heç nəyi xatırlamayacaqdı.

Salman müəllimin iddialarına görə Yer kürəsini onlar canlandırıb. O, qeyd etdi ki, onların məqsədi özlərini Yer insanlarına reklam etməkdir. Hətta Salman müəllim vurğuladı ki, onlar yerdəki insanları öz planetlerinə aparmağı arzulayır.

Cavadov yerdəki insanlardan yad planetdə gördüyünü də qeyd etdi. Hazırda da o, yadplanetlilərlə əlaqədə olduğunu telepatik vasitə ilə onlarla söhbət etdiyini vurğuladı. Salman Cavadov onlara aid olan məlumatları da kimsəylə bölüşmədiyini dedi.

Salman Cavadov ordan xoş əhval-ruhiyyə ilə qayıtdığını söylədi. Onun sözlərinə görə Günəş şüaları yenicə çıxan zaman həmin uçan boşqab qəhrəmanımızı götürdüyü eyvana geri gətirdi. Salman Cavadovun sözlərinə görə növbəti görüş də gözlənilir və o, əbirsizliklə həmin günü gözləyir.
 

OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...