Ərdoğandan Türkiyə xalqına “Evdə qal” çağırışı - Video

Ərdoğandan Türkiyə xalqına “Evdə qal” çağırışı - Video
"İzolyasiya tədbirləri ilə koronavirus xəstəliyinin yayılma sürətinin qarşısını 2-3 həftə ərzində alaraq bu mərhələdən olduqca ən qısa zamanda və ən az ziyanla çıxacağıq”.

Sfera.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan canlı yayımda xalqa müraciətində deyib. Onun sözlərinə görə, Türkiyə xəstəlik meydana çıxdığı andan hadisələri yaxından izləyir və vaxtında tədbirlər görən ölkələrdən biridir. Ərdoğan çıxışına belə davam edib:

"Böyüklərimizi incidəcək ən cüzi hörmətsizliyi belə qəbul edə bilmərik.

Hər cür ssenariyə qarşı hazırıq. Rəbbimizin bu məsələdə də yanımızda olacağına şübhə etmirik.

Bu gün ölkəmiz, Səhiyyə Nazirliyi, universitet və özəl sektorlarda 165 min həkim, 205 min tibb bacısı, 490 min tibb işçisi və 360 min dəstək heyəti ilə nəhəng səhiyyə ordusuna malikdir.

Güclü izolyasiya tədbirləri ilə xəstəliyin yayılma sürətinin qarşısını 2-3 həftə ərzində alaraq bu mərhələdən ən qısa zamanda və ən az ziyanla çıxacağıq. Əks təqdirdə, daha ağır nəticələrlə üzləşəcəyimiz qaçınılmazdır.

Hər bir vətəndaşımızın canı bizim üçün dəyərlidir. Buna görə "Evdə qal, Türkiyə” deyirik.

Tədbir bizdən, fərasətli davranmaq bizdən, təqdir Allahdan”.
 

 



OXŞAR XƏBƏRLƏR