Vüsal Qasımlı: "Xüsusi karantin pandemiyanın yayılma sürətini azaldır"

Vüsal Qasımlı:

Xüsusi karantin pandemiyanın yayılma sürətini azaldır. Buna görə də xüsusi karantin tələblərinə anlayışla yanaşılmalı və əməl edilməlidir.


Sfera.az-ın APA-Economics-əistinadla  xəbərinə görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı xüsusi karantin rejiminin böyük əhəmiyyət daşıdığını bildirərkən qeyd edib.


Onun sözlərinə görə, dünya üzrə riyazi modelləşdirmə onu göstərir ki, sərt izolyasiya və gigiyenik tədbirlər görülməyəndə koronavirusa yoluxan bir şəxs orta hesabla 2-3 nəfəri yoluxdurur: "Bəzi ölkələrdə koronovirusun yayılmasının böyük sürəti də bununla bağlıdı. Çində ilk vaxtlar epidemiya hər 6,4 gündə iki dəfə arealını genişləndirmişdi. Amma riyazi modelləşdirmə göstərir ki, yoluxma səviyyəsinin 25-50% aşağı salınması xəstəliyin yayılmasını əhəmiyyətli dərəcədə azalda bilər. Yoluxmanın 63%-dən çox azalması isə pandemiyanın səngiməsinə səbəb ola bilər. Yoluxmanı azaltmaq üçün də social izolyasiya əsas şərtdir və Azərbaycanda xüsusi karantin qaydalarına ciddi əməl edilməsi hər birimizin social məsuliyyətidir. Yalnız social izolyasiya yoluxmanın qarşısını almağa və vəziyyəti nəzarətdə saxlamağa imkan verə bilər”.


 

Vüsal Qasımlı bildirib ki, bütün dünyada baza reproduktiv kəmiyyəti, yəni koronovirusa yoluxmuş insanların özündən başqa daha neçə insanı yoluxdurması göstəricisi nəzarətə götürülür:"Başqa ölkələrdə olduğu kimi Azərbaycanın da səhiyyə sisteminin bəlli bir "kritik gücü” var. Bu gün ölkəmizdə əhalinin hər 10 min nəfərinə 33 həkim, 54 orta tibb işçisi və 45 çarpayı düşür. Azərbaycan höküməti xüsusi karantin tətbiq etməklə pandemiyanın baza reproduktiv göstəricisini aşağı salmağa və vəziyyətə tam nəzarəti həyata keçirməyə çalışır və buna müvəffəq olur. Xüsusi karantin "koronavirus əyrisi”ni "ütüləməyə” və vəziyyəti nəzarətdə saxlamağa imkan verir. Düzdür, sosial izolyasiya, qlobal şoklar və aşağı neft qiymətləri şəraitində iqtisadi itkilər qaçılmazdır. Amma indiki halda sosial izolyasiyadan doğan itkilər pandemiyanın səhiyyə sisteminin nəzarətindən çıxmasından yarana biləcək fəsadlarla müqayisədə dəfələrlə aşağıdır. Buna görə də xüsusi karantin tələblərinə anlayışla yanaşılmalı və əməl edilməlidir. Karantin nə qədər əvvəl olsa, bir o qədər də effektiv sayılır və sonrakı günlərdə yoluxma sayını daha çox azaldır. İqtisadi itkiləri zamanla bərpa etmək olacaq, buna görə də əsas Azərbaycan insanını qorumalıyıq".


Qeyd edək ki, Azərbaycanda 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilib.


 


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...