Gürcüstanda fövqəladə vəziyyət elan edilir
Dünya
15:15 / 21.03.2020
3301
Gürcüstanda koronavirusla bağlı fövqəladə vəziyyət elan olunur.
Bu barədə Gürcüstanın baş naziri Giorgi Qaxaria keçirdiyi xüsusi brifinqdə bildirib.
Qeyd edib ki, aprelin 21-dək davam edəcək fövəqəladə vəziyyətin elan edilməsi üçün Baş nazir Giorgi Qaxaria Prezident Salome Zurabişviliyə müraciət edib.
Yerli qanunvericiliyə əsasən, ölkədə fövqəladə vəziyyətin elan edilməsi üçün parlamentin dəstəyi olmalıdır. Məsələ ilə əlaqədar parlamentin xüsusi iclasının bu gün keçiriləcəyi bildirilir.