İtaliya koronavirusdan ölənlərin sayına görə Çini keçdi

23:00 / 19.03.2020
30330
İtaliyada son sutka ərzində 427 nəfər yeni növ koronavirusdan dünyasını dəyişib.
Sfera.az report-a istinadən xəbər verir ki, bunu İtaliya Mülki Müdafiə Departamentinin rəhbəri Ancelo Borrellini deyib.
Ölkədə sağalanların sayı 4 400 nəfərə çatsa da, hazırda 41 000 nəfər bu virusa yoluxub.
Qeyd edək ki, İtaliya sözügedən virusundan ölənlərin sayına görə Çini keçib. Asiya ölkəsində koronavirusdan ölənlərin sayı 3245 nəfərdir.