Gürcüstanda da dollar kəskin bahalaşıb

Gürcüstanda da dollar kəskin bahalaşıb

Gürcüstanda xarici valyuta, xüsusən də dollar kəskin bahalaşıb. Son yarım ildə dollar tarixi maksimuma yüksəlib.

Gürcüstanın Milli Bankının martın 14-nə təyin etdiyi məzənnəyə əsasən 1 ABŞ dolları 2,9942 GEL səviyyəsində müəyyən edib. Günlük müqayisədə dollar 0,0448 lari bahalaşıb.

Rəsmi məzənnəyə əsasən, avronun da dəyəri artıb. Sabah 1 avronun qiyməti 0,0276 lari artaraq 3,3421 lari təşkil edəcək.

Kommersiya banklarında məzənnə daha yüksəkdir. Bəzi kommersiya banklarında 1 dollar 3,02-3,10 GEL-ə dəyişdirilir.

Qeyd edək ki, dolların kəskin bahalaşması bəzi istehlak mallarının qiymətində də özünü göstərməyə başlayıb. (virtualaz.org)


OXŞAR XƏBƏRLƏR