Naqif Həmzəyev: Ölkə Prezidentinin tövsiyələri Azərbaycanın parlaq gələcəyinə hesablanıb

Naqif Həmzəyev: Ölkə Prezidentinin tövsiyələri Azərbaycanın parlaq gələcəyinə hesablanıb
 

Azərbaycan hakimiyyətinin ölkədə demokratik dəyərlərin möhkəmlənməsi ilə bağlı qətiyyətli və ardıcıl mövqeyi xalqın ümumi iradəsinin milli maraqlar ətrafında birləşdirilməsi kimi çox mühüm amillərə meydan açıb. Ölkədə aparılan inqilabi islahatların davamı olan 2020-ci il fevralın 9-da keçirilən növbədənkənar parlament seçkiləri bir daha təsdiq etdi ki, Prezident İlham Əliyevin uzaqgörən, müdrik siyasəti Azərbaycan xalqının iradəsini tam şəkildə ifadə edir.

Bu sözləri azxeber.com-a açıqlamasında millət vəkili Naqif Həmzəyev bildirib.
 

Millət vəkili qeyd edib ki, VI çağırış Milli Məclisin ilk içlasında ölkə Başçısının çıxışının ana xəttini də məhz dövrün, zamanın tələbinə uyğun təkmilləşən qanunverici qurumun dövlətimizin strateji xəttilə bağlı bütün məsələlərdə proqram xarakterli tövsiyələri təşkil edib. Hər zaman sosial sahəyə diqqətin artırılmasını önə çəkən Prezident İlham Əliyev qanunvericilikdə vətəndaşların rifahının yüksəldilməsinin diqqət mərkəzində olmasını yeni zamanın yeni çağrışlarına uyğun fəaliyyət göstərəcək deputatların qarşısına məqsəd kimi qoydu.

Ölkədə həyata keçirilən inqilabi xarakter daşıyan islahatların içərisində yer alan növbədənkənar parlament seçkilərinin nəticəsi ölkəmizin davamlı tərəqqisinə hesablanan iqtisadi və sosial xarakterli yeni qanunların qəbul edilməsi deputatların dövlətimizin milli maraqlara xidmət edən strateji xəttilə bağlı bütün məsələlərdə cəsarət nümayiş etdirmələri ilə öz təsdiqini tapmalıdır.

Ölkədəki bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament kimi formalaşan Azərbaycan Respublikasının Milli Məclisində Yeni Azərbaycan Partiyası yerlərin əksəriyyətini qazanması, partiyaların nümayəndələrinin Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunmaları da Azərbaycanda siyasi sistemi möhkəmləndirməyə, siyasi münasibətləri sağlam zəmində gücləndirməyə yönəldilən addımlardandır. Milli Məclisdə təmsil olunan partiyaların məsuliyyət yükünün artırılmasına xidmət edən amillərə diqqət çəkən ölkə Prezidenti siyasi islahatların zəruriliyi üzərində də dayanaraq bildirib ki, Yeni Azərbaycan Partiyası ümumi maraqlar naminə bu sahədə də çox düzgün addım atır. Milli Məclisdə təmsil olan partiyaların nümayəndələrinin parlament rəhbərliyində təmsil olunması siyasi sistemdə partiyaların yerini və rolunu artırmaq yolunda atılan cəsarətli addımın başlanğıcı oldu.

Ölkə Başçısının xeyir-duası ilə işinə başlayan VI çağırış Milli Məclisin deputatları olaraq qarşımızda dayanan müasir çağırışlara cavab verməli, fəaliyyətimizi Prezident İlham Əliyevin proqram xarakterli tövsiyə və tapşırıqlarına uyğun qurmalıyıq. Hansı partiyanı təmsil etməyimizdən asılı olmayaraq dövrün, zamanın tələbinə uyğun qərarlara imza ataraq ölkəmizin güclü iqtisadiyyatı, cəmiyyətimizin firavanlığı naminə birlik olmalı, Vətənimizin daha parlaq gələcəyi üçün var qüvvə ilə çalışmalıyıq.



OXŞAR XƏBƏRLƏR

Türkiyədə meşə yanğınlarına görə 10 nəfər həbs olundu

Türkiyədə meşə yanğınları ilə əlaqədar nəzarətə alınan 44 şübhəlidən 10-u həbs olunub.   Sfera.az “TRT Haber”ə istinadən xəbər verir ki, ...

Avronun bahalaşması Azərbaycanda da qiymətlərə təsir edir - VİDEO

Avronun sürətlə dəyər qazanması Avropadan idxal edilən məhsulların bahalaşmasına səbəb olur.   Sfera.az bildirir ki, manat dollar qarşısında stabilli...

Prezident Zirvə görüşündən görüntülər paylaşıldı -VİDEO

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xankəndidə keçirilən 17-ci Zirvə görüşündən görüntülər payl...

Güləşçimiz Avropa çempionu oldu

İtaliyanın Kaorle şəhərində U-20 Avropa çempionatı davam edir.   Sfera.az xəbər verir ki, beşinci yarış günündə qadın güləşi üzrə mübarizəyə yek...

Fərid Şahbazlı:“Xankəndidə keçirilən Zirvə sübut etdi ki…”

“Xankəndidə keçirilən İƏT Zirvə Görüşü Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün beynəlxalq müstəvidə bir daha təsdiqlənməsidir. Bu, həm də region...

Abdulkadir Uraloğlu Xankəndi ziyarəti ilə bağlı paylaşım etdi

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu Xankəndidən paylaşım edib.   Sfera.az xəbər verir ki, bu barədə o, özünün "...