Türkiyə hərbçiləri Əsəd ordusunun daha bir təyyarəsini vurdu - SON DƏQİQƏ!

Türkiyə hərbçiləri Əsəd ordusunun daha bir təyyarəsini vurdu - SON DƏQİQƏ!

Türkiyə Ordusu İdlibdə Suriya rejiminə aid L-39 tipli hərbi təyyarəni məhv edib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, təyyarə İdlibin Maaret ən-Numan bölgəsində vurulub.

Suriyanın rəsmi SANA agentliyi təyyarənin Türkiyə hərbi hava qüvvələrinə məxsus F-16 təyyarəsi tərəfindən vurulduğunu yazıb.

Xatırladaq ki, bundan öncə Türkiyə hərbçiləri İdlib vilayətində Suriyanın Hərbi Hava Qüvvələrinə məxsus iki "Su-24” qırıcı təyyarəsini vurmuşdu.


OXŞAR XƏBƏRLƏR