Şəmkir camaatı rahat nəfəs ala bilər - Evlərdən oğurluq edən şəxs ələ keçdi - FOTO

Şəmkir camaatı rahat nəfəs ala bilər - Evlərdən oğurluq edən şəxs ələ keçdi - FOTO
 

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin dekabr ayında və cari ilin fevral ayında rayon ərazisində 10 fərdi yaşayış evindən oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata görə aparılan araşdırmalarla müəyyən edilib ki, əvvəllər məhkum olunmuş, Samux rayon sakini, 40 yaşlı Elfaq Süleymanov rayonun Şiştəpə və Aşağı Seyfəli kəndlərindəki evlərə gizli yolla daxil olaraq oradan qızıl zinət əşyaları və müxtəlif məişət əşyaları oğurlayıb. Saxlanılan şəxs ifadəsində həmin kəndlərin sakinlərinin Rusiyada Federasiyasında olduqlarını bildiyini və ona görə oğurluq üçün həmin kəndləri seçdiyini bildirib. Oğurlanan əşyaların bir qismi maddi sübut kimi istintaqa təqdim edilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

“iPhone 17” bu tarixdə satışa çıxarılacaq

“Apple” 2025-ci ildə təqdim edəcəyi yeni nəsil “iPhone 17” modeli ilə texnologiya dünyasının diqqət mərkəzinə düşməyə hazırlaşır. Şirkət...

Bakıda cibgirlik edən Əlcəzair vətəndaşları saxlanıldı

Bakının mərkəzində cibgirlik edən Əlcəzair vətəndaşları saxlanılıb.   Sfera.az xəbər verir k, Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsi əmək...

ABŞ bu silahlara görə 1 trilyon dollar xərcləyəcək

ABŞ hökuməti, qarşıdakı on il ərzində nüvə silahlarının idarə olunması, saxlanması və modernləşdirilməsi üçün təxminən 1 trilyon dollar vəsait xərcləyəcək. Bu m...

İlhamə Elşadqızı məhkəmədə ifadə verdi - FOTO

"TikTok"da əxlaqsızlığın təbliğinə qarşı keçirilən əməliyyatlarla bağlı həbs olunan şair İlhamə Elşadqızı barəsində olan cinayət işi üzrə məhkəmə pros...

Putinin səssizliyi Trampı əsəbləşdirdi: “İkinci sanksiyalar qapıdadır”

ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putinin İstanbulda keçiriləcək atəşkəs danışıqlarına qatılıb-qatılmayacağı ilə bağlı açıqlama verib. Tra...

Daşkəsəndə bir ailənin 3 üzvü dəm qazından zəhərlənib

Mayın 14-də saat 00:30 radələrində 3 nəfər (1-i qadın, 2-si kişi cinsli olmaqla) dəm qazından zəhərlənmə şübhəsilə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının Təcili ...