Antarktidaya qırmızı qar yağdı - FOTO

Antarktidaya qırmızı qar yağdı - FOTO
 

Antarktidada yerləşən Ukraynanın "Akademik Vernadski” tədqiqat mərkəzinin ərazisinə qırmızı qar yağıb.

Sfera.az xəbər verir ki, bu barədə Ukrayna Elm və Təhsil Nazirliyinin "Facebook” səhifəsində məlumat yayılıb.

Nazirlikdən verilən məlumata qeyd olunur ki, "Chlamydomonas nivalis” adlı yaşıl yosunlar isti hava şəraitində böyüməyə başlayır və qırmızı rəngə boyanır. 

 

Xatırladaq ki, hazırda Antarktida ərazisində yay fəslidir.

Bu təbiət hadisəsi Arktika və Alp dağlarında da müşahidə olunur.


OXŞAR XƏBƏRLƏR