Avtobusun qəza anı saniyə-saniyə görüntüləndi - VİDEO

Avtobusun qəza anı saniyə-saniyə görüntüləndi - VİDEO

 

Türkiyənin Ərzurum şəhərində "Bursaspor” azarkeşlərini daşıyan avtobus qəzaya uğrayıb. Yol-nəqliyyat hadisəsi sərnişinlərdən biri tərəfindən təsadüfən qeydə alınıb.

Sfera.az xəbər verir ki, avtobus qarşısında hərəkət edən TIR-a dəyməmək üçün manevr edib. Lakin yolun buzlanması səbəbindən sürücü idarəetməni itirib və avtobus aşıb.

Qəza nəticəsində iki nəfər yaralanıb. Onlar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.

Hadisə ilə bağlı yoxlamalara başlanılıb.



 


OXŞAR XƏBƏRLƏR