Ramiz Mehdiyevin bankı bağlanır? - RƏQƏMLƏR

Ramiz Mehdiyevin bankı bağlanır? - RƏQƏMLƏR
"Bank BTB” 2019-cu ilin sonunda əldə etdiyi 12 milyon manatdan çox yığılmış zərərini mənfəətə keçirə bilməyib. Ramiz Mehdiyevin gəlininə məxsus olan bank yığılmış zərərini mənfəətə keçirə bilməsi üçün illik xalis mənfəətini artırmalı və balans maddəsində bölüşdürülməmiş mənfəətinə əlavə etməlidir. Daha sonra səhmdarların toplantısında  bölüşdürülməmiş mənfəət yığılmış zərərdən çıxılmalı və bununla da bankın yığılmış zərəri mənfəətlə əvəz olunmalıdır.

Sfera.az  xəbər verir ki, bank 2020-ci ilin sonunda 9 milyon 130 min manat xalis zərər əldə edib. Buna görə də "Bank BTB”nin yığılmış zərəri daha da artıb. 

Qeyd edək ki, 2019-cu ilin dekabr ayında vəzifədən ayrılan Ramiz Mehdiyevə məxsus bank sabiq aparat rəhbərinin vəzifədə olduğu dönəmdə xalis mənfəət əldə edir, bununla da kapitalını artırırdı. 2020-ci ildən sonra isə bankın xalis mənfəəti azalıb və daha sonra zərərlə əvəz olunub.
Cədvəldən də göründüyü kimi Ramiz Mehdiyev vəzifədən ayrıldıqdan sonra bankın xalis mənfəəti 16 milyon 653 min manat azalaraq 9 milyon 130 min manatlıq zərərə düşüb.
Bankın illərdir yığılmış zərəri isə 2020-ci ilin sonunda daha da artıb. Aşağıda qeyd olunan cədvəldə "Bank BTB”-nin illər üzrə yığılmış zərərini görəcəksiniz:
Mənfəət vergisini ödəməyən bankın xalis zərəri 9 milyon 130 min manatdan daha da çox olacaq.

Qeyd edək ki, "Bank BTB" ASC-nin səhmdarları haqda açıq mənbələrdən əldə edilən informasiyaya görə, səhmlərin 75 faizi Nigar İsmayıl qızı Mehdiyevaya, 19 faizi isə Rza İsmayıl oğlu Sadiqə məxsusdur. N. Mehdiyeva Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin gəlinidir. Bu məlumat indiyədək təkzib olunmayıb. Rza Sadiq isə bankda Müşahidə Şurasının sədridir.
 
(valyuta.az)

OXŞAR XƏBƏRLƏR

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...

Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı AÇIQLANDI 

1980-2021-ci illərdə Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı 109-dan 18-ə enib.   Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı Ba...