“Ramin Bayramlının könüllü şəkildə istefa verdiyinə inanmıram” – Tural Abbaslı

“Ramin Bayramlının könüllü şəkildə istefa verdiyinə inanmıram” – Tural Abbaslı
"Ramin Bayramlının könüllü şəkildə istefa verdiyini düşünmürəm. Çünki pandemiya başlayandan bu yana aylardır, bu adamın fəaliyyəti tənqid edilir, yarıtmaz olduğu deyilir. Bir çox hallarda hətta korrupsiya faktları da ifşa edilirdi”.

Bunu Sfera.az-a açıqlamasında AĞ Partiya sədri Tural Abbaslı deyib. O bildirib ki, sabiq TƏBİB sədrini Azərbaycan siyasi səhnəsində ondan çox tənqid edən ikinci adam yox idi:

"Güman ki, Ramin Bayramlıya könüllü şəkildə ərizə yazması ilə bağlı mesaj verilib. Onun bu addımı etik dəyərlərə görə atdığına, yaxud "mən bacarmıram, könüllü gedirəm” deməsinə inanmıram. Bacarmırdınsa, illərdir səhiyyə sistemimizi niyə bu günə qoyurdun? Bir səhiyyə məkanında üç orqanın – Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in fəaliyyətinə ehtiyac yoxdur. Düzdür, TƏBİB İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə tabedir, amma müstəqil qurum kimi fəaliyyət göstərir. Məsələn, həkimlər, tibb bacıları, səhiyyə müəssisələri bu gün də hara tabe olduqlarını bilmirlər”.

T.Abbaslı paralel strukturların ləğv edilməsinin tərəfdarı olduğunu qeyd edib:

"Səlahiyyət bölgüsündə problemlər yaranır və məsuliyyət ortalıqda qalır, hər kəs bir-birinin üzərinə atır. Şəxsən mənim başıma gələn problemdir. Büdcə vəsaitlərinə qənaət olunması baxımından, təklifim odur ki, Səhiyyə nazirliyi də, TƏBİB də ləğv olunsun və bütün səlahiyyətlər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə verilsin. Əgər biz tibbi sığorta sisteminə keçiriksə, bütün səhiyyəmiz bundan asılı olacaqsa, o zaman elə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu məsələləri tənzimləsin. Yaxud  Səhiyyə nazirliyi qalsın, bu iki struktur ona tabe edilsin. Qarmaqarışıqlıq aradan qaldırılmalıdır ki, insanlar da öz işlərini bilsinlər. Hər başdan bir səs çıxır və nəticədə milyonlarla pul xərclənir. Hətta pandemiya dövründə milyardlarla pul xərcləndi, amma yoluxma, ölüm sayları eyni vəziyyətdədir”.
 
Günay Rəsulqızı
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Ünvanlı sosial yardım alanların NƏZƏRİNƏ

Sentyabr ayı üzrə ünvanlı dövlət sosial yardımının ödənilməsi başa çatdırılıb. Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bütün müavinət, ...

Tanınmış idmançı 47 yaşında koronavirusdan vəfat etdi - FOTO

Bu gün sığorta şirkətlərindən birinin İdarə Heyətinin sədr müavini Yusifzadə Aqşin Mehralı oğlu koronavirus xəstəliyindən həyatını itirib. Sfera.az xəbər ...

Sənədsiz evlərin sahiblərinə şad xəbər - VIDEO

Ölkə üzrə sənədsiz fərdi yaşayış evlərinin uçota alınması davam etdirilir. Artıq 100 minlərlə mənzilin inventarlaşdırılması yekunlaşıb. Sfera.az xeze...

Pensiya yaşına çatmadan ölən şəxsin hesabındakı pul kimə verilir? - RƏSMİ

Azərbaycanda pensiya yaşına çatmayan vətəndaşların vəfatından sonra sığorta hesabına yığılan pul ailə üzvlərinə pensiya təyin edilərək ödənilir.   Sfera....

“İran bu təlimlərdən niyə narahat olsun ki…” - Açıqlama

Azərbaycan və Türkiyə Respublikaları arasında imzalanmış hərbi əməkdaşlıq sazişinə əsasən Naxçıvanda hər iki ölkənin motoatıcı, xüsusi təyinatlı, komando və m...

Taksi sürücülərinə bəd xəbər - Oktyabrın 1-dən... - VİDEO

Koronavirusa qarşı birinci dozanı vurduran taksi sürücüləri gələn ayın əvvəlinədək ikinci dozanı da vurdurmalıdır. İkinci dozanı vurdurmayan sürücülərə qarşı po...