No Image
No Image

Ramazan ayı necə keçiriləcək? - QAYDALAR AÇIQLANDI

Ramazan ayı necə keçiriləcək? - QAYDALAR AÇIQLANDI
Ramazan ayı boyunca məscidlərdə canlı xütbələr, sosial şəbəkələr üzərindən yayımlar olacaq. Dini ayinlər də keçən il olduğu kimi canlı yayım vasitəsi ilə icra olunacaq.

İnsanlar evlərindən buna qoşula, ibadətini evində edə bilər. Din xadimləri də hər gün məscidlərdə bu mövzularda danışıb, ayinləri istiqamətləndirəcələr.

Sfera.az Trend-ə istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Hacı Şahin Həsənli deyib. Onun sözlərinə görə, insanlar canlı yayımı təkcə izləməyəcəklər, eyni zamanda qoşulmaq fürsətləri də olacaq:

"Mən hər bir vətəndaşın narahatlığını başa düşürəm, məscidlər də əvvəlki fəaliyyətlərinə dönmək istəyirlər, dini ayinləri icra etmək istəyirlər. Çətin də olsa, mən insanlarımızı səbirli olmağa çağırıram, inanırıq ki, bu, pandemiya şəraitində qeyd etdiyimiz son Ramazan ayı olar. Artıq ölkədə vaksinasiyaya da start verilib".

H.Şahin qeyd edib ki, Ramazan ayında oruc vacibdir, kütləvi iftar mərasimlərində iştirak etmək isə vacib deyil:

"Əlbəttə iftar süfrələrinin təşkili bəyənilən bir əməldir, ancaq indiki epidemiya vəziyyətində deyil. Hazırda vəziyyətə uyğun olaraq hərəkət etməliyik. Dinimizin də gözəlliyi bundadır ki, elmə söykənir, sağlam məntiqə əsaslanır.

Ona görə də, elmi mütəxəssislər bizə deyirsə kütləvi toplaşmaq yoluxmanı artırır, demək dinimiz də bizdən tələb edir ki, qaydalara riayət edək".
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda bir həftəlik Ramazan tətili başa çatdı

Bu gündən Azərbaycanda Ramazan bayramı ilə əlaqədar bir həftəlik tətil başa çatıb. Sfera.az məlumatına görə, tətil günləri mayın 16-da yekunlaşıb. B...

Daha bir binadan qopan daş təhlükə yaratdı

Gəncə şəhərinin Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində daş parçasının asılı vəziyyətdə qalıb. Sfera.az xəbər verir ki, bu bar...

Kübra Əliyeva yenidən əməliyyat olunacaq

Əməkdar artist Kübra Əliyeva ikinci dəfə bıçaq altına yatacaq. Sfera.az xəbər verir ki, bu haqda aparıcı Elgiz Əkbər verilişdə deyib. O bildirib ki, üzünə...

Bu gün şəhid olan əsgərlərimizin FOTOLARI

Bu gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə’” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonu¬nun Gendərə kəndi yaxınlığındakı sərhəd zast...

Əməkdar artist XTQ giziri ilə nişanlandı - FOTO

Əməkdar artist Nigar Şabanova nişanlanıb. Sfera.az xəbər verir ki, bu barədə ifaçı şəxsi instaqram hesabında məlumat paylaşıb. Nigar Xüsusi Təyinatl...

Rusiyanın bəzi şəhərlərindən Azərbaycana birbaşa uçuşlar bərpa edildi

Rusiyanın "Nordwind” aviaşirkəti bu ölkədən Azərbaycana birbaşa uçuşlara start verib. Sfera.az xəbər verir ki, ilk aviareys mayın 14-də Mineralnı Vodı – B...