“Rafael Cəbrayılov normal insandır, ağıllı siyasətçidir…” – Adil Əliyev

“Rafael Cəbrayılov normal insandır, ağıllı siyasətçidir…” – Adil Əliyev
 

"Həmkarlaımızın görünən və ya görünməyən fəaliyyəti var. Heç kəsin işinə kölgə salmaq olmaz”.

Sfera.az bildirir ki,  bunu "Yeni Müsavat”a müsahibəsində millət vəkili Adil Əliyev deyib. "Həmkarlarınızın fəaliyyətindən razısınızmı” sualına cavab olaraq A. Əliyev deyib ki, insanlarımız maraqlanmadan, görmədən, bilmədən fəaliyyətə qiymət verirlər, ancaq bu da düzgün deyil. "Deputat o qədər çox işlər görür ki, bir də ayılır, artıq 5 il keçib. Səfərlər, seçicilər, beynəlxalq təşkilatlar, dostluq qrupları, ictimai fəaliyyət... Millət vəkilinin o qədər genişmiqyaslı fəaliyyəti var ki, zaman çatmır. Bu mənada deputatı işləməməkdə suçlamaq düzgün olmazdı”.


Rafael Cəbrayılovun deputat mandatını girov qoyması haqda xəbərlərə isə deputat inanmadığını deyib: "Mən bu yazılara, dedi-qodulara inanmıram. Rafael Cəbrayılov normal insandır, ağıllı siyasətçidir, hüquqşünasdır. İnsandır, həyatda hər şey ola bilər, ancaq bu səviyyədə yazıb-pozmağın da yeri yoxdur. O, millət vəkilidir, neçənci dəfədir seçilib. 

Əgər o, deyilən kimi bir insan idisə, onda nəyə görə seçicilər səs verib yenidən seçiblər? Bu mənada mən boş şayiələrə, söhbətlərə fikir vermirəm”.

A. Əliyev onu da qeyd edib ki, heç vaxt mandatını girov qoymaz: "Vallah mən belə şey eləməmişəm, heç ağlıma da gəlməyib. Onun da belə etdiyinə inanmıram. Vəsiqə itə bilər, yaxud haradasa unudula bilər. Bəlkə unudub haradasa, kimsə götürüb, istifadə edib. Mən bu məsələyə qiymət vermək istəmirəm”.


OXŞAR XƏBƏRLƏR