Qvardiola \"Mançester Siti\"dən ayrılacaq?
18:00 / 16.02.2020
1817
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiolanın yeni mövsümdə harada çalışacağı müəyyənləşib.
Sfera.az goal.az-a istinadən xəbər verir ki, o, 2020/21 mövsümündə də "Mançester Siti"də qalacaq. UEFA-nın "şəhərlilərə" 2 mövsüm avrokubok qadağası qoymasına baxmayaraq, 49 yaşlı mütəxəssis klubu tərk etməmək qərarı verib.
Xatırladaq ki, bir müddətdir xarici mediada Qvardiolanın bu mövsümün "Mançester Siti"ni tərk edəcəyinə dair xəbərlər yayılıb.