Qurban Qurbanov: \"Sərfəli nəticə üçün əlimizdən gələni edəcəyik\"

Qurban Qurbanov: \
"Rəqibimizin Çempionlar Liqasında həm Belarusun "Dinamo" (Brest), həm də Avstriyanın "Zaltsburq" komandaları ilə keçirdiyi matçları izləmişəm. Özünəməxsus oyun taktikası olan komandadır".

Sfera.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İsrailin paytaxtı Təl-Əvivdə "Makkabi"yə qarşı keçirəcəkləri Avropa Liqasının I qrupunun ilk tur matçı barədə danışarkən deyib. Rəqibin hansısa futbolçusunu fərqləndirmək istəməyən 48 yaşlı mütəxəssis bildirib ki, "Makkabi"nin yaxşı oyun fəlsəfəsi var.

Qurbanov hazırda Qarabağda müharibə getdiyi üçün fikirlərinin Azərbaycan əsgərlərinin yanında olduğunu diqqətə çatdırıb: "Ordumuz torpaqlarımızın işğaldan azad olunması üçün mübarizə aparır. Hər gün cəbhədən xoş xəbərlər gəlir".

Baş məşqçi futbolçuları sabahkı matça motivasiya etməyə və sərfəli nəticə qazanmaq üçün əllərindən gələni etməyə çalışacaqlarını diqqətə çatdırıb.

Qeyd edək ki, oktyabrın 22-də "Blumfild" stadionunda keçiriləcək "Makkabi" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

OXŞAR XƏBƏRLƏR

Bakı və Abşeron yarımadasında 29 dərəcə isti oldu - FAKTİKİ HAVA

Aprelin 20-si saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib. Lakin günün ikinci yarısında bəzi dağlıq ərazilərdə...

Hikmət Hacıye: "Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür"

ADA Universitetində təşkil edilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramının bağlanış mərasimi keçirilib.   Sfera.az xəbər verir ki, ...

Azərbaycanda prokuror VƏFAT ETDİ - FOTO

Baş Prokurorluğun yüksəkvəzifəli əməkdaşı dünyasını dəyişib.   Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, prokurorluğun Təşkilat və İ...

"Qazaxlı Alik"in oğlunun məhkəməsi BAŞLAYIR

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən "Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır.   Sfera.az xəbər verir ki, onun barəs...

Bakıda 22 yaşlı qız qətlə YETİRİLDİ

Aprelin 20-də səhər saatlarında paytaxtın Xətai rayonunda 2002-ci il təvəllüdlü Cabbarova Elnarə Xətai qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı ...

ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışladı

  “Biz Ermənistan və Azərbaycanın iki ölkə arasında sərhədin delimitasiyası üçün əsas kimi 1991-ci il Alma-Ata bəyannaməsini razılaşdırdıqları bar...