“Quli”yə qarşı “Avropa koalisiyasi” planı – Onu sıradan çıxarmaq üçün yeni cəhdlər...

“Quli”yə qarşı “Avropa koalisiyasi” planı – Onu sıradan çıxarmaq üçün yeni cəhdlər...
 
 
 
   Azərbaycanlı "qanuni oğru” Nadir Səlifovun ("Quli”) titulunu əlindən almaq üçün rəqiblərinin cəhdləri  davam edir. 

Sfera.az bildirir  ki, gürcü "qanuni oğru” Badri Koquaşvili ("Badri Kutaisi”) Avropadakı "qanuni oğru”ların "Quli”yə qarşı birləşməsi üçün səylər göstərir. Onun artıq Çexiya və Yunanıstanda görüşlər keçirdiyi bildirilir. Lakin Avropadakı "qanuni oğru”ların Badri Koquaşvilinin təklifinə hansı cavabı verdikləri bəlli deyil.