Quldurların oğurladığı 317 məktəbli qız azad edildi
19:20 / 28.02.2021
3811
Nigeriyada quldurlar tərəfindən oğurlanmış 317 məktəbli qız azad edilib.
Sfera.az xəbər verir ki, bu barədə ölkənin "Vanguard” qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, qızlar hazırda Zamfara ştatının Qusau şəhərindəki administrasiya mərkəzindədir.
Qeyd edək ki, şagirdlər fevralın 26-da Canqebe şəhərindəki qızlar üçün internat məktəbindən oğurlanmışdılar.